hemle

Türkiyənin müttəfiqi Haftara 2 milyon dollar ödədi – Yeni gəlişmə

Tarix:27-06-2020, 12:09
Baxış Sayı:396

Son zamanlarda Liviyanın hökumət qüvvələrindən ağır zərbələr alan qiyamçı ordunun komandanı, general Xəlifə Haftar və ABŞ-ın “Linden Government Solutions” (LGS) adlı lobbi şirkəti arasındakı əməkdaşlıq dayandırılıb.

hemlemedia.az saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, sözügedən şirkətlə anlaşmanın iyunun 19-da ləğv edildiyi bildirilib.

Qiyamçı generalın ABŞ-la yaxın münasibətlər qurması üçün ötən il mayın 21-də LGS ilə müqavilə imzaladığı, keçən 13 ay ərzində şirkət tərəfindən ona 2 milyon dolların ödənildiyi qeyd edilib.

Anlaşmanın ləğv edilməsi haqda danışan LGS rəhbərinin köməkçisi Jozef Fleminq bunun müqavilənin müddətinin bitməsi ilə əlaqələndirib.

Məlumatda, eyni zamanda bildirilib ki, Türkiyənin yanvar ayından bəri Tripoliyə müdaxiləsindən sonra Haftar qüvvələri zəifləyib, bundan sonra Haftarın Rusiya və onun muzdlu qüvvələrindən yardım istəməsi ABŞ-ı qəzəbləndirib.

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi