hemle

Türkiyə və Rusiya qarşı-qarşıya: Dəhşətli müharibəyə günlər qalıb

Tarix:14-06-2020, 23:38
Baxış Sayı:402

Liviya ordusu strateji əhəmiyyətə malik Sirt şəhərini Xəlifə Haftarın nəzarətindən azad etmək üçün ciddi hazırlıqlara başlayıb.


Demokrat.az xəbər verir ki, Haftarı dəstəkləyən əsas ölkələrdən biri Rusiya üçün Sirt şəhəri “qırmızı xətt” hesab olunur.


Məsələ burasındadır ki, Rusiya Suriyanın Hmeymim bölgəsində qurduğu bazanın oxşarını Sirt şəhərində qurmaq istəyir. Məqsəd NATO-nu cənubdan mühasirəyə almaqdır. Lakin bu şəhər Türkiyənin fəal dəstək verdiyi Liviyanın mərkəzi hökuməti üçün də böyük əhəmiyyət daşıyır.


Liviyada hesab edirlər ki, Sirt şəhəri olmadan ölkədə siyasi birliyi və torpaq bütövlüyünü təmin etmək mümkün olmayacaq. Lakin Sirt Liviya ordusuna məxsus müdafiə sistemlərinin radiusundan uzaqda yerləşdiyi üçün şəhəri azad etmək elə də asan olmayacaq. Çünki, şəhər müdafiə sistemlərinin hədəfindən uzaq yerləşdiyi üçün Haftar qüvvələrinin nəzarətindəki pilotsuz aparatlar ərazidə sərbəst uçuşlar təşkil edə bilir. Üstəlik Sirt aran ərazidə yerləşir. Bu hücum edən tərəf üçün arzuolunan hal deyil.


Bütün bunlar göstərir ki, yaxın günlərdə Türkiyənin dəstəklədiyi Liviya ordusu ilə Rusiyanın dəstəklədiyi Haftar qüvvələri arasında şiddətli döyüşlər baş verəcək.


Qeyd edək ki, Liviya ordusu Sirtin ətrafındakı bir neçə qəsəbəni ciddi itkilər hesabına azad etmişdi.(Redaktor.az)

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı