hemle

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİLƏ KONSERT OLACAQ

Tarix:26-06-2020, 17:36
Baxış Sayı:399

hemlemedia.az saytı ONN medya agentliyinə istinadən yayımladı.
Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı hazırlanıb. Dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin yaradılmasının 102-ci ildönümünə həsr olunan proqramın çəkilişləri Mərkəzin interyer və eksteryerində, tamaşaçı iştirakı olmadam aparılıb.

Konsertdə Xalq artistləri Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Əməkdar artistlər Manana Caparidze, Lalə Məmmədova, Nurlan Növrəsli, tanınmış müğənnilər Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ayaz Qasımov, Elnur Məmmədov və Elçin Cəfərov vətənpərvərlik mahnıları təqdim ediblər.

Proqramda Silahlı Qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçısının fikirləri də əksini tapıb.

Konsert iyunun 26-da Azərbaycan Televiziyası (AZTV) və İctimai Televiziyada saat 21:30-da yayımlanacaq.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir