hemle

Əli Həsənovun mətbuata vurduğu daha bir ölümcül YARASI

Tarix:26-06-2020, 13:58
Baxış Sayı:433

hemlemedia.az saytı KONKRET.az saytına istinadən yaydı.
Bilirsiniz bu nədir? Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov bir zamanlar onun hazırladığı texnologiya əsasında Azərbaycan mətbuatında maarifçilik ənənələrinə son qoydu.

Axı maarifçilik mətbuatın üzərinə götürdüyü 3 əsas missiyadan biridir. Vaxtilə peşəkar jurnalistlərin dışlanması və təsadüfi adamların bu sahəyə sürətli axını və onların peşə müqəddəsliyini gündəlik dolanışığa dəyişdirmələri mətbuatı əsas hədəflərindən sapdırdı. Əli Həsənov Azərbaycan mətbuatının görən gözünü kor, danışan dilini lal elədi. Peşəkar, döyüşkən jurnalist ordusu məddahlar dəstəsi ilə əvəzləndi. Bununla da jurnalistikada maarifçilik ənənələri kökündən baltalandı.

Bu baxımdan jurnalistika hadisələrin arxasında yox, önündə getməlidir. 25 il Azərbaycan mətbuatına “şeyxülislam”lıq etmiş Əli Həsənovun günahı ucbatından bu prinsiplər də unuduldu.

Neçə aydır ki, dünya və Azərbaycan gözəgörünməz düşmənlə üz-üzədir. Bu düşməni olduğu kimi tanıtmaq və onun zəif cəhətlərini öyrənmək hamıdan öncə jurnalistikanın vəzifəsidr. Amma görünən odur ki, COVİD-19 hələ də meydan sulayır. Son 3 ayda apardığım müşahidələr göstərdi ki, bəzi yazarlar jurnalistikadan daha çox dezinformasiya ilə məşğul olur. Məsələn, rəsmi mənbələr xalq artisti Teymur Mustafayevin koronavirusdan öldüyünü bəyan etdiyi bir vaxtda bəzi yazarlar təsadüfi adamların təəssüratlarını qabardıb, rəsmi məlumatı yalanlamaqla məşğul oldu. Guya Teymur Mustafayev bu xəstəlikdən ölməyib. Və yaxud, Bəhram Bağırzadənin koronovirusdan əziyyət çəkdiyini rəsmi orqanlar bəyan etdiyi halda, bəzi xəbər portalları sensasiya xatirinə Cabir İmanovun və digərlərinin adından bunu yalanlamağa çalışdı.

Bu isə qeyri-peşəkarlığın ən bariz nümunəsi idi. Hələ demirəm ki, cinayətdir. Beləcə xalqın faciəsini bəzi yazarlar şouya çevirdilər. Ucuz sensasiya və reytinq xatirinə adamların mənəviyyatı ilə oynadılar. Bütün bunların tək günahkarı isə Əli Həsənovdur. Çünki sensasiya və reytinq jurnalistikasını Azərbaycan mətbuatına Əli Həsənov gətirdi. Bir zamanlar Əli Həsənovun sağında-solunda dayanan, onun sonsuz imkanlarından yararlanıb ev, maşın, “obyekt” alan bir-çox media kapitanlarının karantin dövründə ən azı qazandıqları sərvətin haqqını xalqa qaytarmalı idilər. Lakin bunu etmədilər. Çünki bu adamlar vətəndaş yanğısı ilə deyil, göstərişlə, tapşırıqla yazmağa vərdişkardırlar.

Bu gün bizlər görünməyən düşmənlə üz-üzəyik. Ona qalib gəlməyin yeganə yolu isə davamlı maarifçilikdən keçir. Bu sahədə isə həm televiziyalarda, həm də elektron KİV-lərdə (çap mətbuatını demirəm, çünki onların varlığı ilə yoxluğu bilinmir) koronovirus pandemiyası ilə bağlı davamlı təbliğat və təşviqat işini genişləndirməlidir.

Əziz oxucu! Müdriklər deyib ki, “…əgər bir milləti məhv etmək istəyirsənsə,birinci onu yalana öyrətməlisən…” Əli Həsənov da Azərbaycan mətbuatını yalan yazmağa, yalan danışmağa öyrətdi, daha doğrusu zorladı. Ona görə də bu gün mətbuatın sözünə çox az adam inanır. Bu inamsızlığı da Əli Həsənov vaxtında çox gözəl təşviq elədi. Ona görə də pandemiyadan az itki ilə çıxmağın tək yolu inzibati qaydaların və cərimələrin tətbiqidir. Çünki, deyilən SÖZə çoxlarımız inanmır….
hemlemedia.az

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?