hemle

Mərkəzin Gənc Liderlər Proqramının Fəaliyyəti.

Tarix:25-06-2020, 12:21
Baxış Sayı:781

Qlobal pandemiyanın nəticəsi olaraq, bütün dünyada olduğu kimi, bu il ölkəmizdə də bir sıra
beynəlxalq tədbirlər təxirə salındı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cari ilin mart
ayında baş tutması nəzərdə tutulan Qlobal Bakı Forumu və Forum çərçivəsində reallaşacaq
olan Gənc Liderlər Proqramı (Young Leaders Program) da mövcud səbəblərdən qeyrimüəyyən müddətə təxirə salındı.
Mərkəzin Gənc Liderlər Proqramının koordinatoru koordinatoru Günel
Nəsirova mətbuata bildirdi ki, forumun və digər proqramların təxirə salınmasına baxmayaraq,
Mərkəz əvvəlki templə fəaliyyətini davam etdirir və karantin şəraitində belə mərkəz bir çox
dünya liderləri və Nobel laureatları ilə qlobal mövzularda artıq bir neçə onlayn konfranslar
təşkil edib. Günel Nəsirova qeyd edib ki, Gənc Liderlərlə bağlı da planlar öz qüvvəsində
qalmaqdadır. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə
dünən, iyun ayının 23-də videokonfrans formatında “2020-ci ildən gözləntilər: NGBM-in
Gənc Liderlərinin iştirakı ilə panel” adlı beynəlxalq onlayn konfrans keçirilmişdir və canlı
müzakirəyə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Gənc Liderlər Proqramının məzunları
qatılmışlar. Günel Nəsirova onu da əlavə edib ki, Gənc Liderlər Proqramına dünyanın fərqli
ölkələrindən gənclərlə iş sahəsində kifayət qədər uğur əldə etmiş gənclər seçilir və bu gənclər
Mərkəzin kurasiyası ilə beynəlxalq şəbəkə təşkil edirlər. Mavriki Respublikasının sabiq
Prezidenti xanım Amina Gurib-Fakim konfransa moderatorluq etmişdir.
Hörmətlə,
Gunel Nasirova Mərkəzin Gənc Liderlər Proqramının koordinatoru
Young Leaders Program Coordinator
Nizami Ganjavi International Center
Center for Learning, Tolerance, Dialogue & Understanding
World Business Center, Samad Vurghun st., AZ1014, Baku, Azerbaijan

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR