hemle

Tariximizə baxış: "Koroğlu"ya birlikdə baxaq!

Tarix:24-06-2020, 15:12
Baxış Sayı:728

"Koroğlu" dastanı bizim milli dəyərlərimizdir.Tarixə nəzər saldıqda, keçmişimizi vərəqlədikdə Azərbaycan xalqının folkloru, şifahi xalq ədəbiyyatı qədər heç bir xalqın folkloru zəngin olmamışdır. Ancaq təəssüflər olsun ki, budan lazımınca istifadə edə bilməmişik.Ya bacarmamışıq,yaxud da səhlənkarlıq etmişik. Hər iki halda düz etməmişik.

"Koroğlu" elə bir xəzinədir ki, oradan bu günümüz üçün lazım olan hər şeyi tapmaq olar. Sadəlik, təvazökarlıq, dostluq, qəhrəmanlıq və s. Bizə bundan artıq nə lazımdır? Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli öz ölməz "Koroğlu"operası ilə bu böyük folklor nümunəsinə, incisinə əbədi heykəl qoydu. Bu ölməz sənət əsərinin üverturası dünya səviyyəsində böyük bir hadisəyə çevrildi. Çünki belə bir musiqi əsəri hələ heç yerdə görünməyib. Böyük bəstəkarımız bu əsəri ilə xalqımızın, ümumiyyətlə qüdrətli türk xalqının qəhərmanlıq tarixinə möhür vurdu. İndi gəlin görək "Koroğlu" dastanı haqqında hansı bir sanballı film çəmişik? Hazırda Azərbaycanımızda və böyük Türkiyədə yaxşı aktyorlarımız var. Onları təəssüflər olsun ki.boş,mənasız seriyallara yönəltmişik. İnsanların vaxtını alan 600-700, daha çox serialllara. Vaxtı ilə rəhmətlik böyük sənətkarımız,sevimli yazıçımız S.Rəhmanın ssenarisi əsasında"Koroğlu"filmi çəkilib. Bunun özü də böyük uğurdur. Lakin bu filimdə Koroğlunun Misri qılıncı yaxşı parlamır, böyük bəstəkarımızın yaratdığı üverturaya uyğun gəlmir. Yaxşı olar ki, dastanda olan filmdə də dastanda olduğu kimi öz əksini tapsın. "Koroğlu"nu film çəkmək üçün senari yazmaq ehtiyac deyil. Elə xalq özü ssenarini yazıb. Zənnimcə, nə qədər yaxşı yazsan da xalqın yazdığı qədər sanballı çıxa bilməz. Dastanı oxuyanda oradakı qoşmalar oxucuda elə bir hisslər yaradır ki, onu heç bir sözlə izah etmək olmaz. Çünki, bunun müəllifi xalqdır. Səhv etmirəmsə,"Koroğlu" 17 qoldan ibarətdir. "Alı kişi"dən,"Koroğlunun qocalığına qədər.Yaxşı olar ki, hər qol 1 seriya kimi çəkilsin. Düşmənlə döyüşdə qoy, Koroğlu sazla, sözlə sonda "Misri qılınc"la olsun.

Keçəl Həmzənin Qıratı qaçırması"qolunda qoy Keçəl Həmzə dəyirmançı ilə paltarını dəyişsin,dəyirmanın "donuzluğu"na girsin (mən dastanı oxuyanda Boyat kəndində olan su dəyirmanı təxəyyülümdə canlanır. Keçəl Həmzəni orada gizlənən görürəm) Koroğlu keçəli oradan"donuzluq"dan tapsın,sonra Qıratın tərifini deyib,saz çalıb oxusun.İndi yaxşı aşıqlarımız var.Yaxşı olar ki,"Bağdad səfəri"ndə qoy Koroğlu meydanda aşıq kimi saz çalıb oxusun,sonra "əlini bığına çəksin".Bir anda meydan qarışsın,dəlilər hücuma keçsin,qoy Koroğlu Giziroğlu Mustafa bəylə vuruşsun,onu çaya bassın,məğlub etsin. Sonra "Çənlibel"də məclisdə, sazı götürüb özü haqqında deyil,Giziroğlunu tərif etsin və s.Bu epizodlarda xalqımızın nümayəndəsi olan Koroğlunun yüksək mənəvi keyfiyyətləri-sadəliyi, təvazökarlığı, mərdlik kimi əxlaqi sifətləri meydana çıxır. Bu epizodlarda türk xalqlarıının mənəvi keyfiyyətlərini göstərir. Dastanda belə səhnələr həddindən artıqdır. Ay serial çəkən qardaşlar hansı həyat hadisəsidir ki, 600-700 seriyaya sığmır. Əvvəllərdə çəkilmiş"Uzaq sahillərdə","axırıncı aşırım” "Qatır Məmmədd" və başqa Azərbaycan filmləri bir seriyadan ibarətdir. Bu qısa bir vaxtda müəllif əsas fikrini çatdırır. Seriyallar isə insanların qızıldan qiymətli vaxtlarını alır. İnsanlar - kişili qadınlı hamısı iş başında olanda seriyalımın vaxtıdır - deyə yağı daşsa da, buna baxmır. Hörmətli redaksiya, həyəcanlıyam, fikirlərimi o qədər çoxdur ki, əllərim əsir. Cümlələr bir -birinə qarışır.

Bəzi qüsurlara görə bağışlayın. Ancaq sizdən xahi. edirəm bu məqalə kimini qəzetinizdə dərc edəsinizş Sağ olun!


Hörmətlə: Mübariz müəllim, Ağcabədi rayonunun Boyat kəndi.

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq