hemle

“GÜNƏŞLİ” FACİƏSİNDƏ İTKİN DÜŞƏN DAHA BİR NEFTÇİNİN MEYİTİ TAPILDI

Tarix:24-06-2020, 00:13
Baxış Sayı:538

“May ayının 19-da Günəşli yatağında aşkar olunub, iyun ayında dənizdən çıxarılan iki cəsəddən birinin 2015-ci ildə SOCAR, 28 May adına NQÇİ-nin 10-cu platformasında baş verən yanğın nəticəsində həlak olan Elşad Rəsulova məxsus olduğu dəqiqləşib. Cəsəd sabah mərhumun ailəsinə təhvil veriləcək”.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.

Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.

Bir müddət əvvəl itkin düşən dənizçilərdən ikisinin – 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.

hemlemedia.az

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar