hemle

GÜNÜN QOROSKOPU: BƏZİ İSTƏKLƏRİNİZ TƏSADÜFDÜR

Tarix:24-06-2020, 00:09
Baxış Sayı:499

ONN media bu günün qoroskopunu təqdim edir.

Qoç – gün qarşınızda yeni imkanlar yaradır. Qərarları qəbul edəndə tərəddüd etməyin, qətiyyətli və iradəli olun. Təşəbbüskarlıq heç pis olmazdı. Macəralar aramayın, riskli işlərə başlamayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə diqqətli olun, radikallıq etməyin. Rəğbət bəslədiyiniz insanlarla təmaslarda diqqətli davranın.

Axşam saatlarında qarşınıza çıxan insanlar arasında gələcək müttəfiqlər və tərəfdaşlar ola bilər. Estetik zövqlərinizi nəzərə alaraq seçim edin.

Buğa – stereotiplərdən qurtulun. Davranışızda nəyisə dəyişməyə, yeni fəaliyyət sahəsini seçməyə risk edin. İmicin dəyişdirilməsində fayda var. Yeni şərait, orijinal ideyalar irəliyə doğru təkan ola bilər. Saatlar keçdikcə qarşınızda yeni perspektivlər yaranır.

Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə mühafizə instinktini unutmayın. Sayıq, diqqətli olun.

Boş vədlərə, ilk baxışdan cazibədar təkliflərə və dumanlı sözlərə inanmayın. Əhəmiyyətli ideyaların bəzilərini diqqətlə araşdırmaq olar.

Əkizlər – səmimi və qayğıkeş olun. Yaxın ətrafınızdakı insanlara həddən artıq inanmayın. Sadəlövh davranmayın. Ən yaxın saydığınız insan sizə özündən asılı olmayan səbəblərdən sərt sözlər deyəcək. Əksini sübut etməyə çalışaraq həddinizi aşmayın.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli, həssas olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün məntiqli saydığınız bütün vasitələrdən istifadə edə bilərsiniz.
Xərçəng – qarışıq, laübəli, mürəkkəb gündür. Tələskənliyə qapılaraq vurnuxma yaratmayın. Yaranan situasiyaya dürüst reaksiya verin. Qeyri-adi şəraitdə çaş-baş qalmayın, yaxın ətrafınızdakı insanların qəfil tələblərinə və istəklərinə diqqətli yanaşın. Ailə üzvlərinin dediklərinə soyuq yanaşmayın. Bəzi prinsiplər və ya dünyagörüşünüzün “beton” məqamlarından müvəqqəti əl çəkməli olacaqsınız. Mühafizəkar olmayın, yenilikləri sürətlə əxz etməyə çalışın.

Şir – qarşınıza qoyduğunuz məqsədləri konkretləşdirin. İndiyədək həyata keçirməyə çalışdığınız, amma buna nail ola bilməyəcəyiniz ideyaları reallaşdırmaq zamanıdır. Ailə üzvləri, yaxınlarınız, yaradıcılıq həmfikirlərinizlə daha çox vaxt keçirin. Orijinal ideyanı dostlarla bölüşə bilərsiniz. Kiçik problemlər və ya xoşagəlməz detallar məqsədlə doğru hərəkətinizə mane olmamalıdır. Başqalarının niyyətlərini təhlil edərkən mövqelərinizə kobud təsirin qarşısını alın. Sizinlə manipulyasiya etməyə çalışan insanın abdallığının qarşısını alın. Diqqət və etimadınıza layiq insanların yanında olun.

Qız – ailədə baş verən hadisələr diqqət mərkəzində olacaq. Yeni ideyaların reallaşdırılması üçün əlverişli zamandır. Qonaq qəbul edərkən səmimi, gülərüz olun. Münasibətlərdə romantik və intriqanın süni təzahürünə can atmayın.

Riskli planda təhlükələr olsa da, gəlir imkanları az deyil. Niyyət və ideyalarınızı aşkar deməyin mümkün olduğu yerdə situasiyanı süni şəkildə ağırlaşdırmayın. Müəmmalı danışmayın, istəklərinizi mücərrəd sözlərlə pərdələməyin. Belədə özünüzlə bağlı birmənalı olmayan təəssürat yarada bilərsiniz.

Tərəzi – günün ümumi fonu əlverişlidir. Təmaslar, ünsiyyətlər, xəbərlər mübadiləsi üçün əlverişli gündür. Sizi qarşıda yeni təəssüratlar, fərqli hisslər və emosiyalar gözləyir. Hadisələrin uğurlu gedişatına ani qarışıqlıq, kiçik anlaşılmazlıqlar və səhhətinizdəki problem mane olmamalıdır. Harasa gecikməyiniz, mühüm olan nəyisə unutmağınız istisna deyil. Bəzi təmaslar və əlaqələr sizi təəssüfləndirəcək.


Situasiyanı dramatikləşdirməyin. Problemlərdə maraqlı anları araşdırın. Axı həyat da belə anlardan ibarətdir.

Əqrəb – sövdələşmə, anlaşma, müzakirələr üçün pis zaman deyil. Hansısa addımı atmağa tərəddüd edirsinizsə, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Yaxın ətrafınızdakı insanları dinləyin, amma doğru saydığınızı edin. Başqasının sözləri ilə davranmayın. Tələskənliyə yol verməyin. Unutqan olmayın, yaxşı tanımadığınız insanlara inanmayın. Əks halda maliyyə itkilərinə yol verəcəksiniz. Hətta ən mühafizəkar insanlardan biri olsanız da, situasiyadakı yenilikləri mütləq şəkildə nəzərə almalısınız.

Axşam saatlarında qeyri-standart istirahətə üstünlük verin.

Oxatan – əsl istək və gerçək niyyətlərinizi dəqiqləşdirin. Əks təqdirdə enerjinizin əhəmiyyətli hissəsini yanlış istiqamətdə sərf etməli olacaqsınız. Bunun üçün çox düşünüb-daşınmayın, sürətli və qətiyyətli hərəkətlərə üstünlük verin. Yaxın ətrafınızdakı insanların sözləri ideal məsləhətlər deyil. Onların sözlərini dinləyin, fikirlərini anlamağa çalışın. Amma müstəqil olun. Ailədəki situasiyanın müzakirəsi anlaşılmazlığı yeni səviyyəyə çıxara bilər.

Sevdiyiniz insanın, ailə üzvlərinin könlünü almaq üçün yeni şanslar yaranıb. Bundan yararlanın.

Oğlaq – yeni biliklər, məlumatlar və informasiyalar əldə etmək üçün əlverişli gündür. Daha geniş dünyagörüşünə malik romantik fərd olmağa çalışmayın. Adətən özünüzə yaxın buraxmadığınız şakər və adətlərə bu gün aludə olmağa dəyməz. Ətraf mühitin və yanınızdakı insanların tam təsiri altına düşmüş insana çevrilməyin.

Bəzi istəkləriniz təsadüfdür. Onları yaradan məqamlar situasiya və ani zəifliklərinizdir. Mühüm qərarlar qəbul etməyin. Fəaliyyət stilinizdə dəyişikliklər etsəniz, daha yaxşıdır.

Aktiv olun.
Dolça – ifrat yorğunluğa yol verməmək üçün fəaliyyətin optimal yolunu seçin. Yeni təəssüratlar və fikirləri qulaqardına vurmayın. İdeyaları müzakirə etmək olar. Yeni imkanlar yaranır. İndiki situasiyada həmin şanslardan yararlanmağa can atın. Ciddi məbləğdə pul yatırmağa, sərmayəyə əl atmağa, sizi maraqlandırmağa tələsməyin. Tanışlıq çevrənizi genişləndirin. Kollektiv müzakirələrə qatılmaq olar. Mövqelərinizi müdafiə edin.

Balıqlar – nə etdiyinizə sonadək əmin olun. Səylərinizin effektivliyini azaltmayın. Planlarınız və niyyətlərinizi yaxşı tanımadığınız insanlara əyan etməyin. Əks təqdirdə naqolay situasiyaya düşə bilərsiniz. Mövqelərinizi səbatlı edin ki, kənar və yad təsir altına düşməyəsiniz. Romantik təxəyyül və illüziyaların əsirinə çevrilməyin. Tələbləriniz ifrata varmamalıdır. Planlarınızın bəzilərini neytral sahələrdə reallaşdırmağa səy göstərin.

İdeyalarınızı yaxşı təhlil edin.(milli.az)
hemlemedia.az

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış