ONN media bu günün qoroskopunu təqdim edir.
Qoç – çox əlverişli gündür. Məqsədə doğru aparan yolda yaranacaq elə bir sədd yoxdur ki, onu dəf edə bilməyəsiniz. Situasiyaların çətinliyindən asılı olmayaraq problemlərin öhdəsindən gələ biləcəksiniz. Bilik və bacarıqların artırılması, təcrübənin zənginləşdirilməsi, yaradıcı fəaliyyət üçün münasib zamandır.
Günün ikinci yarısında yaxşı gəlir və ya xoş xəbər əldə edə bilərsiniz. Bir zamanlar dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Onunla ünsiyyətdə sonra bu adamla yolları ayırdığınıza sevinəcəksiniz.
Buğa – ailə və məişət qayğılarını qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisindəki ciddi problemin həllinə aktiv başlayın. Genişmiqyaslı layihənin reallaşdırılmasını ertələyin. Dəyər verdiyiniz insanlarla münasibətlərin sərinləşməsinə səbəb olacaq hərəkətlər etməyin. Dəyərsiz, xoşunuz gəlməyən adamlarla sıx ünsiyyətdə olmayın. Belələrindən uzaq durun.
Günün ikinci yarısında tələsik qərarlar pis fəsadlarla nəticələnə bilər. Axşam saatları sakit, yorucu olmayan məşğuliyyət üçündür. Qarşınızda həddən yüksək tələblər qoymayın. İşlər o qədər də pis deyil.
Əkizlər – davranışınız sərt və aqressiv olmasın. Yaxın ətrafınızdakı insanların hissləri ilə oynamayın. Kəskin açıqlamalarla münaqişə yaratmayın. Bəzi işləri zarafatla demək, bununla da sərt reaksiyanı minimuma endirmək olar.
Günün ikinci yarısında təkbaşına, müstəqil şəkildə çalışın. Əsəbləşməyin, hisslərinizi tarıma çəkməyin. Bədbinliyə qatılmayın, ruhdan düşməyin. Mənəvi tarazlığa nail olmağın yollarını arayın. Əhvalınız yalnız sizdən asılıdır.
Xərçəng – yeni iş və ya layihə üçün əlverişli zamandır. İşlərinizdə irəliləyişlərə nail olmaq üçün münasib zamandır. Yaşamınızda yeniliklər istisna deyil. Zərərli vərdişlərdən biri ilə vidalaşın.
Günün ikinci yarısında yeni layihəyə başlamaq olar.
Yaxınlarınızın rifahını düşünün. Təhlükə və ya əndişəyə qapılmayın, sinirlənməyin. Axşam saatlarında dəyər verdiyiniz insanla bağlı yaxşı xəbər və ya xoş sürprizlə qarşılaşacaqsınız.
Şir – qarışıq, laübəli gündür. Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Mənasız məsələyə görə mübahisə, qarşıdurma istisna deyil. Çətin olsa da, təmkinli və soyuqqanlı olun. Emosiyaların sağlam məntiqi üstələməsinə imkan verməyin.
Hirsli, aqressiv olmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları idarə etməyə çalışmayın. Hər addımbaşı liderlik məziyyətlərinizi nümayiş etdirməyə çalışmayın. Axşam saatlarında normal istirahət edin, dincəlin.
Qız – çox mürəkkəb gündür. Ciddi problemləri çözmək istəyirsinizsə, soyuqqanlı davranın. Hansısa məsələdə sizinlə razılaşmayan insanı dinləməklə yanaşı, onun dediklərini anlamağa və təhlil etməyə can atın. İnsanların gur olduqları tədbirlərə qatılmayın. İctimai tədbir və ya siyasi aksiyada iştirakı ertələyin.
Günün ikinci yarısında adi vaxtlarla müqayisədə daha çox risk etməyin. Belədə problemlərin sayı sürətlə arta bilər. Alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələlərində sayıq olun. İşgüzar danışıqlar və səfər pis nəticə verməyəcək.
Tərəzi – mühüm məsələlərin müzakirəsi və həlli üçün əlverişli gündür. Bəyənmədiyiniz, xoşlamadığınız insanlarla ünsiyyətdən belə, xeyir əldə edə bilərsiniz. Az sonra karınıza gələcək, yaxşı gəlir əldə etməyə imkan verəcək informasiya əldə edə bilərsiniz.
Günün ikinci yarısında pul xərcləməyə tələsməyin. Alış-verişdə bədxərclik etməyin.
Adi və rutin işlərlə məşğul olmaq sizi yormayacaq. Gərəksiz əşyalar və hisslərdən qurtulun. Bədbinlik, komplekslər və yanlış düşüncələrlə vidalaşın. Bütün bunlar sizin irəliyə doğru hərəkətinizə mane olur.
Əqrəb – uğurlar kiçik, amma asan əldə ediləndir. İzafi səylərə heç bir ehtiyac yoxdur. Rəğbət bəslədiyiniz, laqeyd qalmadığınız insanlarla təmaslar üçün əlverişli gündür. Dəyər verdiyiniz insanın marağını cəlb edə bilərsiniz.
İşgüzar fəaliyyətlə bağlı, habelə əmlak və maliyyə məsələlərini yaxşı bələd olmadığınız insanla müzakirə etməyin.
Günün ikinci yarısında dedi-qodu və şayiələrə əsla əhəmiyyət verməyin. Heç bir halda yalan məlumatın yayılmasında iştirak etməyin. Hər hansı addımı gizlətməyə çalışsanız da, bu olay az sonra faş olacaq.
Oxatan – ciddi problemlər olmayacaq. Bir şərtlə ki, həmin problemləri özünüz yaratmayasanız. Məntiq və intuisiya ilə hərəkət edin. Naqolay situasiyaya düşməməyə çalışın.
Birgə layihələrə qatılmayın. Tək çalışın, müstəqil olun. Sizinlə manipulyasiya edən adamın toruna düşərək münaqişə iştirakçısına çevrilməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi təhlil edin. Bədxahlardan birinin çirkin əməlininin üstünü aça bilərsiniz. Önəm vermədiyiniz insanın sizə etdiyi yaxşılıqlardan xəbər tutacaqsınız.
Oğlaq – faydalı işlə məşğul olun. Məhsuldar gündür. Böyük uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız işlərə sərf etməyin. Yaxın gələcəklə bağlı planlar qurun. Strateq olun, fəaliyyət taktikasını dürüst müəyyənləşdirin.
Günün ikinci yarısında yaxınlarınız emosiyalara qapıla bilərlər. Soyuqqanlı olun, küsənləri barışdırın, ruhdan düşənlərə ürək-dirək verin. Yolundan çıxanlara düzgün yol göstərin.
Axşam saatlarında səbrli olun.
Dolça – mübahisələrdə aqressiv darvanmayın, öz fikrini bildirən insanı aşağılamağa çalışmayın. Bununla belə, mövqelərinizi sonadək müdafiə edin, geri çəkilməyin. Hadisələrin uğurlu məcrada cərəyan etməsi sizə çoxdan bəri gerçəkləşdirməyə can atdığınız işə başlamağa imkan verəcək.
Günün ikinci yarısında yaşam enerjisinin səviyyəsi aşağıdır. İşlərdə yaranan problemlər sizi ruhdan salmasın. Məsləhətə ehtiyacınız var. Bəzi məsələlərin çözümünü ertələmək olar.
Axşam saatlarında səhhətinizə fikir verin. Gəzintiyə çıxa bilərsiniz.
Balıqlar – istirahət və əyləncəni bir qədər təxirə salın. Maraqlı, amma çətin işə başlamaqdan qorxmayın. Xoş sürprizlər istisna deyil. Olayların əlverişli məcrası sizə faydalı ideyalardan birini reallaşdırmağa imkan verəcək.
Günün ikinci yarısında yeni müttəfiq və ya həmfikirlər tapacaqsınız. Dostlarla təmaslar, romantik görüşlər müsbət emosiyalar bəxş edəcək.
Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun.
ONN İnformasiya Agentliyi