hemle

FAZİL MUSTAFA: Şəxsimə qarşı çirkin kampaniyanın başında Əli Kərimli durur

Tarix:23-06-2020, 19:05
Baxış Sayı:484

Şəxsimə qarşı çirkin kampaniyanın başında Əli Kərimlinin şəxsən özü durduğunu statusunda etiraf etdi. Xaricdən qohumları vasitəsilə əxlaqsız kampaniyaya da özünün start verdiyi şübhəsizdir.

Atəş.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ona qarşı aparılan çirkin kampaniyanı təşkil edənlərdən danışarkən deyib. Deputat bildirib ki, hakimiyyətə müxalif olan bir qrupun əslində dövlətə qarşı düşmən münasibət sərgilədiyi göz qabağındadır:

“Əli Kərimlinin buradakı trolları vasitəsilə yalandan adımıza sözlər uyduraraq sosial şəbəkədə söyüş kampaniyası aparanlara qarşı ən sərt formada mübarizəmiz davam edəcək. Bizim üçün fərq etməz, kimliyindən asılı olmayaraq bu millətin haqqını qarşımıza çıxan bütün yaramazların qarşısında müdafiə edəcəyik”.

Millət vəkili bildirib ki, ona qarşı çirkin kampaniya aparanlara başqa ölkələrin dini qruplarının dəstək verdiyi də üzə çıxıb:

“Ajiotajları fiaskoya uğrayıb. Polislər cəzalandırılandan sonra zərərçəkmişlərin özlərini qarışdırıcılıq üçün alətə çevirmələrinə yol verməməsi bunları əsəbləşdirib. Dağıstan məsələsini də dövlətə qarşı iğtişaş motivinə çevirə bilmədilər. İndi də koronavirusun yaratdığı çətinlikləri bəhanə edərək yeni dalğanın baş verməsini gözləyirlər. Bu cür metodlarla Azərbaycan dövlətini sarsıtmanın yolverilməz olduğunu bir daha vurğulayaraq, bu ölkənin inqilabsız, təlatümsüz demokratikləşməsi üçün çalışmalarımız davam edəcək. Əvvəlcə bu koronavirus bəlasını atladaq, intizama əməl edək, ardınca hər kəs öz siyasi davasını sivil yolla aparmağa çalışar”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir