hemle

Türkiyədə turistlər üçün pandemiya sığortası qüvvəyə minəcək

Tarix:23-06-2020, 13:45
Baxış Sayı:401

Türkiyədə iyulun 1-dən turistlər üçün xüsusi COVID-19 sığortası qüvvəyə minəcək.
Atəş.az
xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy turizmdə koronavirusa qarşı tədbirləri ehtiva edən “Yenidən kəşf et” konsepsiyası çərçivəsində Antalyada 50 ölkənin səfirlərilə görüşü zamanı bildirib.
Yeni sığorta paketlərinin internetlə satılacağını qeyd edən nazir deyib:
“Sığorta sistemi çox sadə və əmsallarla müqayisədə xeyli cazibəlidir. 2 min avro ilə 7 min avro arasında limitləri var. Çox ucuz sığorta paketləri də ala bilərsiniz, 13 avro, 15 avro. Bir qədər xərcə girərək 23 avroluq sığorta rəsmiləşdirərək də 7 000 avroyadək həftəlik yerləşmələr üçün müalicə limit sığortası etdirə bilərsiniz. Bəzi ölkələrdə sığorta pandemiya üzündən işləmir və biz də ən kiçik risk belə qalmasın deyə bu sistemi işə salırıq”.
Almaniya hökumətinin Türkiyə də daxil olmaqla bəzi ölkələrə səyahət məhdudiyyəti gətirməsini şərh edən türkiyəli nazir bunun koronavirusun ikinci dalğası ilə əlaqədar olduğunu güman edərək əlavə edib:
"Avropalılar Türkiyədə istirahət etmək üçün darıxırlar. Yaxın bir həftə - 10 gündə müsbət dəyişikliklər gözləyirik".
Xatırladaq ki, Türkiyə hökuməti bu il iyunun 11-dən əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verib.

Digər xəbərlər
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı
14:38 MOSKVADAN GERÇƏK BİR XATİRƏ
14:32 Ən pis günün belə olsun, ad günün mübarək şirin nəvəm
10:16 Ürək sağlamlığı üçün gündə nə qədər yağ istehlak etməli?
10:05 Rusiya Kiyevə zərbə endirdi - Ölənlər və yaralılar var
09:57 Putin Bəşər Əsədlə bağlı qərar verdi: Suriyaya təhvil veriləcək?
09:48 Ermənistanın yaydığı bu məlumat yalandır!