hemle

Rusiyada azərbaycanlı tələbəni öldürən şəxs tutuldu

Tarix:21-06-2020, 15:57
Baxış Sayı:733

Bir neçə gün əvvəl Rusiyanın Volqoqrad şəhərində Azərbaycandan olan tələbə Timur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyev Smolenskdə saxlanılıb.

Atəş.az
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi məlumat yayıb. Qətldə şübhəli bilinən 22 yaşlı Volqoqrad sakini federal axtarışa verilmişdi. V.Vasilyevin Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Timur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Vilayətin qubernatoru Andrey Boçarov qatil haqqında məlumat verən şəxsə 1 milyon rubl məbləğində mükafat vəd etmişdi.

Timur Qavrilovun nəşi Gəncəyə gətirilərək dəfn olunub.



Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi