hemle

RUSİYADA AZƏRBAYCAN VƏTƏNDAŞINI VƏHŞİCƏSİNƏ QƏTLƏ YETİRDİLƏR

Tarix:24-05-2020, 21:25
Baxış Sayı:516

Rusiyanın Sankt-Peterburq şəhərində şirkət rəhbəri 33 yaşlı Azərbayan vətəndaşını qətlə yetirib.

ONN media xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda baş verib.

Mayın 23-də kommersiya firmasının direktoru “Təcili yardım”a zəng vurub və xəbər verib ki, onun Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti var. Tibb işçiləri ilə birlikdə hadisə yerinə polislər də gəlib. Mənzildə Azərbaycan vətəndaşının döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan meyiti aşkarlanıb.

Həmin gün biznesmen qətli törətdiyini etiraf edib. Tikinti-montaj fəaliyyəti ilə məşğul olan firmanın rəhbəri deyib ki, az əvvəl mənzilində qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib. Müstəntiqlər qətlə yetirilən şəxsin dişlərinin sındırıldığını da müəyyən ediblər və hadisə yerindən onun 7 sınmış dişini, habelə cinayətdə istifadə olunan bıçağı tapıblar.

Xəbər verilir ki, hadisəni törədən biznesmen 2000-ci ildə qanunsuz silah-sursat saxlamağa görə cinayət məsuliyyətinə cəlb olunub, lakin onun barəsində işə xitam verilib. 2020-ci ilin martında isə direktordan oğurluq işi üzrə cinayət işi çərçivəsində başqa yerə getməmək barədə iltizam alınıb. / Virtualaz.org

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ