hemle

Sabahdan hansı mağazaların işləyəcəyi açıqlandı

Tarix:20-06-2020, 20:32
Baxış Sayı:496

Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun - 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi qaydalarının bəzi bəndlərinə aydınlıq gətirib. Belə ki, qərara əlavənin 5.5-ci bəndində fəaliyyətinə icazə verilmiş “məişət xırdavatlarının satışı məntəqələri”nə hansı mağazaların aid olduğuna dair vətəndaşlarda sual yaranıb.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Atəş.az-a açıqlamasında bildirib ki, bura yalnız xırda məişət avadanlıqları satan obyektlər daxildir: “Yəni, cəmiyyətdə “1001 xırdavat” adı ilə tanınan mağazalar. Deyək ki, ev üçün lazım olan elektrik lampası, su kranları və ya digər zəruri məhsullar satan mağazalar fəaliyyət göstərə biləcək. Həmin şəxslər də icaze.e-gov.az portalında qeydiyyatdan keçdikdən sonra işləyə bilərlər.

Telefon, kompüter, gül və digər satış mağazalarının yerində xidmət, satış həyata keçirməsinə icazə verilmir. Onlar yalnız onlayn qaydada satış və çatdırma edə bilərlər”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir