hemle

ŞƏXSİ BAĞ EVLƏRİNƏ GETMƏYƏ İCAZƏ VERİLƏCƏK?

Tarix:5-06-2020, 16:13
Baxış Sayı:442

Xəbər verdiyimiz kimi sabahdan, yəni iyunun 6-dan iyunun 8-nə saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Qadağaya əsasən insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə getmək, bağ evlərinə gedə bilərlərmi?

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərərgahdan bildirdilər ki, həmin insanlara da bir evindən digərinə getməsinə icazə verilməyəcək. Bu səbəbdən də vətəndaşlar həmin günlərdə bağda, yaxud hansı evində qalmağı əvvəlcədən qərar verməlidirlər.

Qeyd edək ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Xatırladaq ki, həmin tarixlərdə sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları, həmçinin dəmiryolu daşınmaları və metronun fəaliyyəti tam dayandırılacaq.baku.ws

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı