hemlemedia.az saytının məlumatına görə 18 iyun 2020-ci il tarixində müharibə veteranı Rüxsarə Cumayevin 55 yaşı tamam oldu.
Rəssamlar İttifaqının fəxrli üzvləri Elnurə və Aygün İsgəndərovaların və yazıçı, publisist Azər Hacıbəylinin təşkilatçılığı ilə Qarabağın Tutusu-keçmiş şəfqət bacısı, Qarabağ qazisi Rüxsarə Cumayevanın doğum günü təbrik edildi. Doğum günündə Rüxsarə xanımın döyüş yoldaşları, media nümayəndələri, “Ümid Xeyriyyə Fondunun” rəhbəri Raya Məlikova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nin sədri Rada Abbas və bir sıra ziyalılar iştirak edirdilər. Qonaqlar Rüxsarə xanımın keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Rüxsarə xanımın şücaəti bir daha hər kəsi qürurlandırdı. Belə igid, mərd, xalqına şərəflə xidmət edən xanımlarımızın tarixin yaddaşında əbədi olaraq qalacaqlarını bildirdilər. Rüxsarə xanımın timsalında COVİD-19 qlobal pandemiyası ilə mübarizədə ən çətin vəzifə sahibi olan, ümüd yerinə çevrilən həkimlərimizin və tibb işçilərimizə təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Sonda Green Cafenin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına təşəkkür edildi və xatirə şəkli çəkildi.
“İctimaixeber.com” informasiya portalının bütün kollektivi başda sayıtın rəhbəri Zamiq Alışov olmaqla Qarabağ tarixinində qızıl hərflərlə tarix yazan, vətənin dar günündə vətən igidlərinin köməyinə tələsən Rüxsarə Cumayevi doğum günü münasibəti ilə ürəkdən təbrik edirik. Ona möhkəm can sağlığı, yeni gününün ötən günlərdən daha gözəl olmağını arzulayırıq,
Şəkillərə və yutu.be linki görə Gün.TV-nin rejissoru Elman Ağamaliyevə öz təşəkkürümüzü bildiririk.
Yeganə Telmanqızı