hemle

Gürcüstanda yoluxmanın azalmasına TƏBİB-dən münasibət

Tarix:20-06-2020, 18:15
Baxış Sayı:476


TƏBİB- in şöbə müdiri Yaqut Qarayeva qonşu Gürcüstanda gündəlik yoluxmaların sayının azalması məsələsindən danışıb.
Atəş.az
-ın məlumatına görə, Y. Qarayeva brifinqdə bildirib ki, hər ölkənin öz təcrübəsi var: “Hər həftə bütün ölkələrlə, xüsusilə postsovet ölkəriylə xüsusi telekonfrans vasitəsilə məsləhətləşmələrimiz olur. Bütün təcrübələri bir-birimizlə görüşürük.

Məsuliyyət hissi ilə qeyd etmək istəyirəm ki, elə bir qayda, strategiya yoxdur deyək ki, onlar bunu qəbul etdi, biz yox. Dediyimiz sözlər hamısı bir az başqa cür başa düşülür. Amma vətəndaş məsuliyyəti amili bu məsələdə var. Bu, mütləqdir. Epidemiyadır və profilaktik tədbirlər hər bir vətəndaşın özü tərəfindən də yerinə yetirilməlidir. Əhali sıxlığını da nəzərə almaq lazımdır. Belə xırdalıqlar var.

Hər ölkənin öz xüsusiyyətləri var. Biz bütün ölkələrlə mütləq olaraq təcrübə aparırıq”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir