hemle

Koronavirusa yoluxmuş deputat: "Özümü qorumağa çalışırdım"

Tarix:20-06-2020, 17:05
Baxış Sayı:479


Koronavirusa yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev bununla bağlı Feysbukda status yazıb.
hemlemedia.az
xəbər verir ki, o, özünü virusdan qorumağa çalışdığını qeyd edib:

"Əziz dostlar, mən burada heç vaxt özümlə və doğmalarımla bağlı nə bəd, nə də xoş xəbər paylaşmışam. Haradasa duyğu istismarı və göstəri elementləri gördüyüm üçün bunu etməmişəm. Amma indi elə bir müstəsna vəziyyətdir ki, Milli Məclisin deputatı olaraq bu xəbəri sizinlə bölüşməyə bilmirəm. Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər. Bir daha hər kəsə cansağlığı arzulayıram, Allah amanında".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir