hemle

Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

Tarix:20-06-2020, 16:51
Baxış Sayı:506

Uşaqlarda koronavirusun əsas əlamətləri hərarət, ishal və qusmadır. Alimlər Qərbi Çində dörd xəstəxanada araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.

hemlemedia.az
oxu.az-a istinadən bildirir ki, onların tədqiqatları "PLoS Medicine" nəşrində dərc olunub.

COVID-19-a yoluxan uşaqların 76 faizi qızdırmadan əziyyət çəkir (yoluxan böyüklərdə bu əlamətə xəstələrin 50 faizdən az hissəsində rast gəlinir). Bundan əlavə, yoluxmuş uşaqların 62 faizində güclü öskürək aşkarlanıb, digər 12 faizində isə ishal və qusma müşahidə edilib.

Alimlər onu da qeyd edirlər ki, yetkinlik yaşına çatmayanlarda ağciyər problemi daha sonralar özünü göstərir.

Əvvəllər koronavirusa yoluxan bir çox uşaqda iltihab halları müşahidə edilirdi. Həkimlərin dediklərinə görə, bu simptom "Kavasaki" xəstəliyinə bənzəyir.

Sonradan sübut edildi ki, COVID-19 fonunda uşaqlarda ölümcül "sitokin fırtınası" (bədənin toxumalarına ziyan verən iltihab) inkişaf edə bilər.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı