hemle

Azərbaycan kişisinin yeni obrazı milli ideologiyaya Bayram sifətində soxuşdurulur… Jalə Mütəllimova-Seyidli yazır

Tarix:19-06-2020, 15:04
Baxış Sayı:469

.Gəlin bir olub:YOX! hayqıraq…

Bir gündə bir mövzuya gərəksə iki, üç dəfə də dönməliyik. Lap nəfəsimiz kəsilənə kimi təkrarlamalıyıq. Təbii hədəf millət, dövlətdirsə… Bayaqdan bəri telefonum dayanmır, sosial şəbəkə üzərindən ismarıclar, kommentlər durmaq bilkir. Dəyərli millətim, bilirəm mənə deyil hikkən, onadır, Bayrama. Mənə bir irad var, siz niyə onu reklam edirsiniz.

Beləcə mövzuya bir də dönməkdə fayda görürəm. Söhbət ondan getmir ki, Bayram Nurlu adında biri barəsində çoxlu sayda, dəfələrlə yazıram, video paylaşımı edirəm. Ey sevgili millətimin övla dları, yaxın oturun, sizə sözüm var.

Bu adamları “yaradıblar”. Bizi milli kökdən, milli ideologiyadan didərgin salmaq üçün yaradıblar həm də . Bizi millət olaraq bayramlaşdırmaq istəyirlər. Bu cılızlaşmanı həm də bizim millətin kişi obrazı üzərindən edirlər.

Kimdir Azərbaycan kişisi? Babəkdi, Koroğludu, Qaçaq Nəbidi, Kərbəlayi Ismayıldı, Qəmlodu, Şah Ismayıldı, Fətəli xandı və sair. Bu kökün genetikasını dəyişirlər. Boykot edin, qınayın bu ideologiyanın himini qoyanları və ideologiyanın özünü, mənim üzərimə gəlməyin.

Bunun ideolojini bizə “yedirtsələr” ardıyca bilirsinizmi nə gələcək? Azərbaycan qadınının lezbiyan, əxlaqsız obrazı.

Bu olmaz, yolverilməzdi. Bütün dünya millətləri həsəd aparır Azərbaycan qadını obrazına, analığına, evdarlığına, aktivliyə meyilli olmasına, insanlığına, işıqlı simasına və sair. Və birdən noolur? Ortaya lezbiyan, bayramsifər bir qadın və ya qadınlar çıxarırlar, məsələn feminist hərəkatı aktivistlərini adı altında və deyirlər ki buyur dünya, bu da modern Azərbaycan qadını obrazı. Buna yol vermək olmaz.

Odur ki, siz siz olun, mənə Bayramı reklam elədin, piar elədin deməyin. Bunu edən edib. Siz yenə də siz olun bunu anlayın və gəlin çiyin-çiyinə duraq bu milli ideologiya məsələsində. Axı bizim millətin KIŞISI Bayram deyil. Axı Azərbaycan kişisi, həm də milli simvoldur. Onu belə alçaltmaq olmaz.

Bu, ideologiyamızda olan ciddi boşluğunu göstəricisidir. Belə adamları ictimai ruha ona görə dürtüşdürüb, maliyyələşdirib, piar edib saxlayırlar ki, Azərbaycan kişisinin yeni imicini dünyaya belə təqdim eləsinlər, Bayram formasında. Belə qırsınlar millətin milli qürurunu. Gəlin bir olaq, buna yol verməyək.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?