hemle

Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar

Tarix:Dünən, 20:41
Baxış Sayı:459

Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılır.

Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

Belə ki, növbəti aydan Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxsə 2000 (iki min) manat veriləcək.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1700 (min yeddi yüz) manat müəyyən edilib.

Digər xəbərlər
11:25 Qurbanların sayı artır: İsrail ən azı 6 nüvə alimini öldürüb
11:19 İsrail İranın əks-hücumuna belə hazırlaşır: Əhaliyə xəbərdarlıq edildi
11:14 İran PUA-ları bu qədər vaxta İsrailə çatacaq
10:24 İsrail səfərbərlik elan etdi
10:14 Bu gün 37 dərəcə isti olacaq
09:38 “AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi
09:33 İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
09:30 Əhaliyə xəbərdarlıq edildi: İran yaxın saatlarda İsraili vuracaq