Pr.Dr Əjdər TAĞIOĞLU, Turan Araşdırma Mərkəzi -nin sədri
Tarixdə tarixi məlum olmayan qədim dövrlərdən indiki Culfa şəhərinin yaxınlığında Araz çayı sahilində Oğuz türklərinin tarixini 1989-cu ildə rus-erməni təcavüzünə məruz qalanadək yaşadan böyük bir məzarlıqda sıx meşə kimi dayanan saysız başdaşları var idi. Məkr və hiylə ilə dolu zamanımıza dik-dik, ər-ər boylanan bu qəbir daşları qədim Nəxçuan (Naxçıvan) türklərinin minilliklərinə şahidlik edən, qiyməti olmayan memarlıq abidələri idilər.
1828-ci ildə qanlı rus süngüsü ilə yazılmış “Türkmənçay” irtica müqaviləsi ilə Araz çayı sərhəd olmaq şərtilə Vahid Azərbaycan qəddarcasına iki hissəyə parçalandı. Ruslar imperiyanın Qafqazda “xristian dayağı”nı yaratmaq məqsədilə Arazın o biri sahilindən köçürüb gətirdikləri yarıdilənçi erməni ailələrinin ilk köçünü Naxçıvan xanlığının Araz çayı sahili boyu bir sıra kəndlərinin, o cümlədən, Badamlı, Əylis (gələri ermənilər sonralar ona “Akulisi” dedilər) və başqa kəndlərimizin münbit torpaqlarında məskunlaşdırdılar. Burada məqsəd ata bir, ana bir, dil bir, qan bir, inanc bir olan o taylı-bu taylı qardaşların arasında türkün əbədi düşməni olan ermənilərdən ibarət “canlı divar” çəkmək idi.
1920-ci illərdə Qırmızı Rus imperiyası Arazın sərhəd hissəsini tikanlı məftilli dirəklərlə bərkitdi, bununla da Azərbaycan türklərinin vahid ata-baba vətəninin faciələrlə dolu qanlı “Şimal-Cənub” tarixini yazdı, bir ananın iki övladı arasında dəmirdən 70 illik həsrət divarını çəkdi.
İkinci Cahan müharibəsi illərində ermənilər üçün yaranmış dumanlı, qarışıq siyasi şəraitdən istifadə etməyə çalışan türkün əliqanlı qatili olmuş Kremlin hiyləgər qoca tülküsü Anastas Mikoyan XIX əsrin əvvəllərində imperiyanın hazırladığı “Türksüz Ön Qafqaz” ideoloji savaş maşınını yeni proqramla hərəkətə gətirdi. O, mənsub olduğu millətin guya “qədim yerli əhali” olduğunu “sübut etmək” üçün əvvəlcə Azərbaycan türklərini Qərbi Azərbaycandan kütləvi sürgün etdirdi, Kremlin daşnak-bolşevik güruhunun tərtib etdiyi plan əsasında alim vicdanını itirmiş muzdlu siyasət tarixçilərinin qələmi ilə qədim yerli əhalinin – Oğuz türklərinin ulu baba tarixini yaşadan istər yerüstü abidələri, istərsə də zəngin arxeoloji mədəniyyəti əllərində heç bir etnomaddi əsas olmadan 1828-ci illərdə ailə köçü ilə gətirilən yaridilənçi hayların adına yazdırdı.
Bu tarixi cinayətkarlar dəstəsinə özlərini “hay” adlandıran, bizim “erməni” dediyimiz millətin türklərə qarşı bir nömrəli ideoloji düşməni Leninqrad Ermitajının Baş direktoru, milliyyətcə erməni olan İosif Abqaroviç Orbeli başçılıq edirdi. Orbelinin vəsiyyəti ilə ölümündən sonra onun tələbəsi və qızının əri, milliyyətcə yəhudi olan görkəmli arxeoloq B.B.Piotrovski Ermitaja başçı təyin edilmişdir. O da İ.A.Orbelinin vəsiyyətinə sadiq qalaraq, Oğuz türklərinin bu gün “Qərbi Azərbaycan” adlandırdığımız ərazilərində şüurlu elmi həyatı boyu apardığı bir sıra qazıntılar zamanı m.ö. yüzilliklərə aid olan aşkarlanmış zəngin arxeoloji mədəniyyəti 1828-ci ildə ailə şəklində Ön Qafqaza köçürülmüş yarıdilənçi əhalinin adına yazmışdır. Təkzibedilməz həqiqət budur ki, bu arxeoloji mədəniyyət tarixin ayrı-ayrı çağlarında Azərbaycn türklərinin Ön Qafqaz torpaqlarını müvəqqəti inzibati ərazilərinə daxil etmiş üç türk dövlətin (Biaini, Arme, Part /Parya) dövründə Oğuz türklərinin qohumlarla birlikdə yaratdıqları sinkretik-şərikli ümumtürk mənəviyyat, mədəniyyət və dövlətçilik tarixinə aid Turan – türk sərvətidir. “Biaini çarlığı” adlı əsərimizdə bu barədə ətraflı araşdırmalar aparılmışdır.
B.B.Piotrovski erməni tarixçiləri arasından İosif Abqaroviç Orbelinin saxta iddialarını davam etdirən qatı millətçi – daşnak tarixçi nəsli də yetirmişdi. Biz burada ancaq V.M.Arutyunyan və S.A.Səfəryanın birgə yazdıqları 1951-ci ildə Moskvada nəşr etdirdikləri “XVI-XVII əsrlərdə erməni memarlıq abidələri” əsərində haqqında söhbət gedən, müəlliflərin “Cuğada “Xaç daş” adlandırdıqları abidə barədə araşdırma aparacağıq.
Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Dərəşam məzarlığı ilə əlaqədar olan keçmiş təəssüratımı xatırlatmağı gərəkli hesab edirəm.
1955-1956-cı dərs ilində Şərur rayonunda orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinə İrəvan -Bakı qatarı ilə qəbul imtahanlarına gedərkən Culfa şəhərindən əvvəl “Dərəşam” (bu ad “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən Oğuz türklərinin qədim qala şəhərinin tarixini yaşadır) adlı yarıdayanacaqdan keçəndə Araz çayı sahili boyu tikanlı sərhəd məftilləri arasında sıx meşəni xatırladan uzunluğu təxminən 250-300 metr ərazi sahəsini əhatə edən məzarlıqda əzəmətli başdaşları əfsanəvi dünyadan gələn heyrətamiz canlılar kimi məni içimdən silkələdi. Nə üçün? Qəribə hisslər idi, mənasını anlaya bilmədim. Bəlkə də tikanlı dəmir divar arasında rus “saldatı”nın silahı altında sanki qorxusundan minilliklərin qaranlıq səltənətinin sükunətini pozmağa cəsarət edə bilməyən məzar əhlinin kimsənin eşidə bilməyəcəyi fəryadı məni sirli – sehrli, müəmmalı, qorxulu bir dünyaya atmışdı? Şirin və qorxulu fantastik bir nağıl dünyasında idim!..
Universitetdə oxuduğum illərdə müəllimlərimdən Dərəşam qəbiristanlığı ilə əlaqədar maraqlı bir məlumat eşitdim.
Deyilənlərə görə, İkinci Dünya savaşının ən qızğın dövründə keçmiş Leninqrad Dövlət Ermitajının iki məşhur professorunun (kimsə onların adını bilmirdi) rəhbərliyi ilə ekspedisiya Dərəşam qəbiristanlığına gəlir və qəbirlərdən ikisini açır. Oradan “qonaqlar”ın nə tapıb, nə tapmadıqlarından ev sahibləri bugünə qədər də xəbərsizdirlər. Lakin rus-erməni goreşənləri qəbirləri necə eşmişdilərsə, eləcə də üstünü örtürlər, səssiz gəldikləri kimi, səssiz də yoxa çıxırlar.
Ekspedisiya gedəndən sonra Naxçıvan Vilayətinə səs yayılır ki, sən demə, guya qədim Dərəşam qala şəhərinin bütün əhalisi “taun xəstəliyi” nəticəsində bir gecə-gündüzdə kütləvi şəkildə mal-qara ilə birlikdə məhv olmuşdu.
Bəs, guya Allahın “qəzəbinə gəlmiş” bu başıbəlalı insanların əsli nədir, nəsli nədir, soyu kimlərə bağlıdır? Bəs, guya kütləvi bəlaya gəlmiş insanları kimlər dəfn etmişdir, kimlər onların məzarları üstündə qoyulmuş əzəmətli başdaşlarını “Avesta” memarlıq sənətinə məxsus incə ornamentlərlə işləmişdir?
Yuxarıdakı fikrin davamı olaraq qeyd edək ki, İ.A. Orbelinin xüsusi göstərişi ilə Dərəşam qəbiristanlığından “erməni babaları” “tapmağa” gəlmiş rus-erməni arxeoloqları yerə vurduqları ilk külüngdən Şərqin tarixinə çevrilmiş türk ərənini nişan verən maddiyyətlə, xüsusən qəbirüstü abidələrlə üz-üzə dayandıqdan sonra gəldikləri yolla da əliboş İrəvana, oradan da Leninqrada qayıtmışlar. Bu uğursuz hadisədən sonra ideoloji Mərkəz “Dərəşam” qala şəhərinin “fəlakətli” keçmişi ilə bağlı qorxulu bir nağıl uydurmağı da unutmamışdır. Guya əgər məzarıstan tam açılarmışsa, oradan qalxan “taun virusu” dərhal ətrafa yayılarmış, Arazın hər iki sahilində yaşayan əhalini məhv edərmiş.
Bu, iblis şayiəsi vahiməli uğultuya çevrilir, dərhal vilayətin ən ucqar kəndlərinədək yayılır, əhalini qorxuya salır. Guya açılmış qəbirlərdən qalxan “taun virusu”na yoluxmuş hər iki professor ağır xəstələnmiş, lakin həkimlər onlardan birini xilas edə bilmişlər.
1828-ci ildən erməniləri ailə şəklində Oğuz Albaniyasının ərazilərinə köçürməyə başlamış imperiyanın onlara “qədim yerli əhali” tarixi yazmaq məqsədilə hazırladığı “Türksüz Ön Qafqaz” ideoloji savaş siyasətini iki yüz il addım-addım həyata keçirən ideoloji Mərkəz tərəfindən hazırlanmış bu “qorxulu nağıl”ın sirri açılmamalı idi. Əgər Dərəşam məzarlığının sirri açılardısa, o zaman, bir tərəfdən qədim Nəxçuanda Dərəşam qala şəhərin əhalisi olmuş Oğuz-türk bəylərinin tarixi keçmişi meydana çıxardı və o biri tərəfdən də kilsədən gələn saxta ənənəni davam etdirən erməni tarixçilərinin uydurma “erməni Naxçıvanı” iddialarının heç bir maddi-tarixi əsası olmaması, habelə qəddar imperiyanın “Türksüz Ön Qafqaz” işğal modelinin siyasi mahiyyəti aşkara çıxmış olardı.
Dərəşam Oğuz – türk məzarlığı dekabr 1989-cu ildə uzaq dağ kəndlərindən belə kiçikdən-böyüyədək, qadından-kişiyədək bütün istiqamətlərdən Araz sahilinə qarşısıalınmaz sel kimi axışan Naxçıvan ölkə əhalisi tərəfindən rus imperiyasının iki yüz ildən bəri qardaşı-qardaşdan ayıran tikanlı dəmir divarları qısa müddətdə aradan götürüldü və bu tarixi xalq hərəkatı Dərəşam məzarlığının sirrini açdı. Məlum oldu ki, Ermitajın Baş direktoru İosif Abqaroviç Orbelinin tərtib etdiyi plan əsasında xüsusi tapşırıqla Naxçıvana göndərilmiş haqqında söhbət gedən arxeoloji ekspedisiya hansı səbəbdən ilk kəşfiyyat qazıntısından sonra işi yarımçıq saxlamışdı. Başqa cür də mümkün deyildir. Çünki Cənub Azərbaycanın İsfahan mahalında olan qədim “Cuğa” qəsəbəsindən (Zəkəriyə Kanakertsi. Xronika. M.,1969-cu il) gətirib 1830-cu illərdə Arazın Naxçıvan sahilində olan kiçik bir türk kəndinin ərazisində məskunlaşdırılan az sayda erməni ailələri sonralar saldıqları yeni kəndə əvvəllər yaşadıqları qəsəbənin adını verdilər.
“Cuğa” toponiminin türk mənşəli anlam olduğunu “Cuğatay” namında türk xaqanlarını və “Cuğatay” tayfa birləşməsini xatırlamaq da fikrimizin sübutu üçün kifayətdir. Bu tarixi həqiqəti danmaq və qədim Nəxçuan ölkəsinin (indiki Naxçıvan vilayətinin) tarixini “erməniləşdirmək” məqsədilə anonim keşiş Moisey Xorenatsinin adından danışan növbəti riyakar keşiş müəllif Vardapet Qevond (VIII əsr) yazır: “Culfa Qoxtn vilayətində ermənicə “Cuğa” deyilən şəhərdir.” (bax:Vardapet Qevondun xilafət tarixi.SPb.,1862,s.126)
Əvvəla, kilsə gerçək tarixin tanımadığı, heç bir mənbədə qeydə alınmamış, yalnız anonim keşişin uydurduğu “Qoxt” toponimi ilə Oğuz türklərinin qədim Nəxçuan ölkəsinin erməni vilayəti olduğuna işarə edir.
İkincisi, “Culfa” və “Cuğa” Naxçıvan vilayətinin ayrı-ayrı ərazilərində yerləşmiş fərqli toponimlərdi.
Ənənəvi kilsə saxtakarlığını davam etdirən erməni tarixçiləri başqa yer-yurd adlarımız kimi, “Cuğa” adını da heç bir maddi əsas gətirmədən mənsub olduqları xalqın dilinə aid anlam olduğunu uydurmuşlar və bu günə qədər “Cuğa” pərdəsi altında “erməniləşdirilmiş” “Dərəşam Oğuz məzarlığı”nın da rus imperatorluğunun ölkəmizdə məskunlaşdırdığı bədxah erməni qaçqınları ilə heç bir əlaqəsi yoxdur və haqqında söhbət gedən abidələr də eyni dilli, eyni dinli, eyni qandan və eyni soykökdən olan qədim Ön Qafqaz Oğuz Albaniyası əhalisinə məxsusdurlar. Burada məzarların üstündə meşə kimi dayanmış hündür başdaşlar “Avesta” memarlıq məktəbinə məxsus zərgər zövqlü sənət dahiləri və tişə ustaları tərəfindən tarixin canlı şahidlərinə çevrilmiş Azərbaycan türklərinin qədim əcdadları haqqında daşlaşmış dastanlardır.
İstilaçı rusların iki yüzillik imperiya zülmünün dəmir divarlarını 1989-cu ildə naxçıvanlılar yıxandan sonra Arazın o sahilindən, bu sahilindən haray çəkib 70 ildən bəri əlaqələri kəsilmiş qohum-qardaşın axtarışına başı qarışmış insanların xəbəri yox idi ki, onlardan bir qədər aralıda rus-erməni hərbi birləşmələri qədim Xocalı kimi, Dərəşam Oğuz məzarlığını da yer üzündən silir, nəsllərimizin unutmayacaqları qanlı tarix yazırdılar. Bu, rusların hamiliyi ilə erməni vəhşiliyinin Azərbaycan türklərinə, onların tarixi abidələrinə və mədəniyyətinə qarşı gətirdiyi növbəti soyqırımı idi.
Fikrimizi qısa da olsa, həmin tarixi hadisə ilə əlaqəli izah etməyə çalışaq.
Keçmiş Sovetlər məkanında ilk dəfə rus imperiya tarixinə Azərbaycanda son qoyulan ərəfədə dünya erməni diasporunun cızdığı plan əsasında Kremlin daşnak bandası Naxçıvanı ələ keçirmək məqsədilə “tarixi şans”ı əldən verməmək üçün M.S. Qorbaçovun verdiyi büro qərarı ilə vilayət ərazisində əvvəllər yerləşdirilmiş müxtəlif təyinatlı hərbi hissələrin bir gecə-gündüzdə oradan çıxarılmasına, onların SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi xidmət hissələri ilə əvəz edilməsinə nail oldular.
Xocalıdan başlayaraq, 20 Yanvar qanlı Bakı türk qırğınlarının ilhamçısı və təşkilatçısı, gözünü qan örtmüş, quduzlaşmış M.S.Qorbaçov Eçmiadzin kilsəsinin katolikosu Vazgen tərəfindən cızılan plana uyğun olaraq, Naxçıvan hərbi qüvvələrinin komandanlığını öz köməkçisi, ifrat erməni millətçisi, qəti və amansız türk düşməni, şeytan törəməsi Şahnazaryana tapşırdı.
Təxribat mütəxəssislərindən ibarət olan bu seçmə hissənin vəzifəsi əhali arasında vahimə yaratmaq, provakasiya yolu ilə onları, 1918-1920-ci illərdə olduğu kimi, Arazın İran sahilinə qaçmağa psixoloji cəhətdən hazırlamaq və bundan sonra hündür dağ silsiləsi boyu bütün istiqamətlərdən Vilayətin ayrı-ayrı rayon və kəndlərinə gecə-gündüz top mərmiləri yağdıran erməni-rus birləşməsinin genişmiqyaslı hücumuna yol açmaq idi. Lakin naxçıvanlılar bütün dünyaya tarixi naxçıvanlılıqlarını göstərdilər! Müstəqillik uğrunda mütəşəkkil şəkildə ayağa qalxan elin şir, pələng qeyzini görən düşmən “qonaqlar” sındırmağa gəldikləri xalqın qarşısında özləri sındılar.
Bu, torpağının hər qarışını həyatı bahasına qorumağa qalxmış naxçıvanlıların rus imperiyasının iki yüzillik müstəmləkə zəncirini parçaladığı, milli müstəqilliyə qovuşduğu tarix idi! Min illərdən bəri ata-baba yurduna şahidlik edən sıx meşə kimi dayanmış qəbirüstü daşlar həmin günlərdə Kremlin hamiliyi ilə dünya erməni irticası Naxçıvanda növbəti qanlı soyqırımına əl atdı, Azərbaycan türklərinin ulu keçmişinin şahidləri olan Dərəşam məzarlığını dağıtdı, qəbirüstü abidələri yer üzündən sildi. Şahnazaryanın göstərişi ilə gətirilmiş xüsusi daşdoğrayan maşınlarda abidələrimiz doğrandı və doğranmış daşlar hərbi maşınlara yükləndi, hansı istiqamətlərəsə aparıldı, həmin sahə sərhəddüzəldən texnika ilə şumlandı və tapana çəkildi. Bununla da qədim bir xalqın ən qədim dövr tarixi quduzlaşmış Qorbaçovun türk qanına batmış əli ilə erməni terrorizminin qurbanı oldu: Oğuz türklərinin qədim Nəxçu elinin tarixi tarixsizləşdirildi!
“Erməni Naxçıvanı” ətrafında olan məlum iddianı “sübut etmək” məqsədilə dekabr 1989-cu ildə naxçıvanlıların gözləri qarşısında doğram-doğram doğranılıb tarixi yer üzündən silinən Dərəşam abidələrini V.M.Arutyunyan və S.A.Səfəryan 1830-cu illərdə Arazın o sahilindən azsaylı kiçik ailə şəklində gətirilmiş yarıdilənçi ermənilərin adına yazırlar və bu ağ yalanı, alçaldıcı saxtakarlığın tarixini “Xaçkar Djuqi” (“Cuğada daşxaç “) adı ilə XVII əsrə çəkirlər.
ARDI VAR…
ONN İnformasiya Agentliyi