Pr.Dr Əjdər TAĞIOĞLU, “Turan Araşdırma Mərkəzi” ib-nin sədri
Problemə tarixi zəmində aydınlıq gətirmək üçün haqqında söhbət gedəcək “Aza ölkəsi”nin əhalisi, tarixi coğrafiyası və onun B.B. Piotrovskinin “yerli əhali” dediyi sakinlərinin etnomənsubiyyətləri barədə söyləyəcəyimiz qısa fikir Azərbaycan türklərinin Ön Qafqaz tarixi üçün elmi dəyərə malikdir.
Azərbaycan türklərinin Anamayasıda iştirak etmiş bəzi türk tayfalarının adları qədim mənbələrdə qeydə alınmışdı. Bu sıradan Urmiyə gölü ətrafında ta qədimdən məskun olmuş “Maday”,”Maq, “Mar” və “Su” adlı tayfaların dünya tarixində özərinə məxsus yazdıqları parlaq səhifələr məlumdur.
Daha yaxın ərazidə iç-içə yaşamış Mar və Su əhalisinin izdivacından törəmiş yeni nəsil “Sumar” adı ilə m.ö. min illiklərdə Zaqor dağ silsiləsini aşaraq, Böyük Köçlə İrakın şimalından İkiçayarasına (Mesopotamiyaya) gəlib yerləşmişdir. Bu barədə qaynaqlarda və tarix ədəbiyyatında kifayət qədər məlumatlar var. Bunların arasında məşhur ingilis arxeoloqu və linqvisti Henri Paulinsonun 1837-ci ildə Boqıstan (“Tanrılar məskəni”) qayalarında “Sumar” tayfalarının “Babilə gedən qədim yol” abidəsini kəşf etməsi bu barədə mənbələrdə qeydə alınmış fikirlərin mötəbərliyini sübut etmiş oldu.
“Sumar”lar yeni məskəndə sonrakı nəsllərin işlək leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq,ədəbiyyatda “Sumer”lər adıyla tarixləşmişlər. Akkad dilində “S” və “Ş” hərflırinin əvəzləşməsinə görə, semitdilli qaynaqlarda “Sumer” tayfaları “Şumer” adıyla qeydə alınmışlar. (Ətraflı bax: Əjdər Tağıoğlu. Moisey Xorenatsi anonim keşiş müəllifdir. Bakı – “Elm və təhsil”, 2016.s.99 – 103)
Mar, Maday və Maq tayfaları Ön Asiyada və Ön Qafqazda ayrı-ayrı adlar altında qədimdən məskun olmuş qohum türk tayfalıarını bir hərbi ittifaqda birləşdirərək yunanların “Midiya” adlandırdıqları “Maday imperiyası”nın əsasını qoymuşlar. İmperiyanın qüdrətli çarı Kiaksarın ikinci adla mənbələrdə “Mar Varbak”/”Mar Arbak”, onun oğlu imperiyanın son çarı Astiyaqın “Mar Astiyaq” adlarında nəsl səcərəsi ilə qeydə alınması onların etnomənşəcə hansı tarixi kökdən olduqlarına sübutdur.
Marların bir nəsl budağı da “Urmiyə” gölü sahilindən köç edərək Kiçik Asiyada qədim Tavr dağ silsiləsindən mənbə alan Fərad çayının yuxarı axarında hündür dağlıq əraziyə yerləşmişdir. Bu ölkəni işğal edən assuriyalılar ona “Şupria” demişlər. Biaini çarları “Şupria”nı ələ keçirdikdən sonra ölkənin hündür dağ zirvəsində yerləşdiyini nəzərə alaraq,ona öz dillərində “Arme”,yəni “Hündür ölkə” adı vermişlər. Bununla da Mar tayfaları Biaini daş yazılaında dəfələrlə adı çəkilən “Arme” ölkə əhalisi kimi tarixə çevrilmişdir.
Məsləni uzatmamaq üçün xatırladaq ki, kiçik ərazidə yerləşmiş “Arme” ölkəsi yunan-selevkid hökmdarı olan III Antioxun (m.ö.223 – 187-ci illər) dövründə “Suriya carlığı”nın tərkibində olmuşdur. Antiox Strabonun “Artaksi” (m.ö.188-145-ci illər) adı ilə tarixə nişan verediyi öz komandanını (“strateqini”) “Arme”yə vali təyin etmişdir. Kilsə M.Xorenatsinin dili ilə onu Atarpaten çar nəsl sülaləsindən olduğuna görə “Atarpaten əsilzadəsi”, tayfa mənsubiyyətinə görə “Mar Artaşes” adlandırır. “Artaşes” sözü “Avesta” inanclı əhalinin lekskonunda “Arta” “böyük”, “”şes” “hökümdar, yəni “Böyük hökmdar” anlamında işlənmişdir.
“Arme” valisi Artaksi / Mar Artaşes m.ö.190-cı ildə romalıların yunanlara qarşı çaldıqları qələbədən sonra, m.ö. 188-ci ildə valiliyi müstəqil çarlığa çevirmişdir. Artaksinin / Mar Artaşesin döründə Kiçik Asiya və Alban dənizi arasında yerləşmiş geniş coğrafiya “təxminən 200 illik (m.ö.188- m.s. 10) tarixi olan “Arme çarlığı”nın tərkibində olmuşdur. Qədim dünyanın dövlətlərindən olmuş çarlığın “Arme” adı ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkildə qeydə alındığı kimi, rusdilli ədəbiyyatda da rusların leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq “Armeniya” şəklində işlənmişdir. Göründüyü kimi, erməni tarixçilərinin mənsub olduqları millətə yazdıqları “Armeniya tarixi” kitablarının uydurma və saxta olmasını Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfalarının “Arme çarlığı”nın tarixi meydana çıxarır.
Mar tayfalarının başqa bir nəsli qohum Maq tayfaları ilə birlikdə “Urmiyə” gölü sahillərindən – Ata yurdundan maldarlıq və əkinçiliklə məşğul olmuş qədim əhalisi Mar və Maq qovmindən olan yarıköçəri qədim Nəxçu elinin Dədədən “Ağrı dağı” adı ilə nişan verilmiş dağın vadisinə doğru uzanan ərazisindən keçərək Pont dənizinin (“Qara dəniz”in) Cənub Şərqinə, Qafqaz dağ silsiləsinin ətəklərinə yayılmışdır.
Ön Qafqazda geniş coğrafi ərziyə yayılmiş marlar və maqlar tarixin müxtəlif çağlarında ayrı-ayrılıqda zəngin mədəniyyət nümunələri yaratmışlar. Mar tayfalarının aşıq rapsodları tərəfindən babalarının şərəfinə düzüb-qoşduqları və nəsl-nəsl yaşatdıqları “Əjdəhalar və Divlər haqqında nəğmələr” əfsanəsində “Ağrı dağı” adı ilə nişan verilən dağın zirvəsində marların böyük hökmdarının ziynətdən işlənmiş taxt-tacının yerləşməsindən və s. bəhs edir. Erməni mifoloqları və tarixçiləri başqa zəngin mədəniyyət nümunələrimiz kimi,bu əfsanəni də “Vipasank” adı ilə “erməniləşdirmişlər. “Bu baxımdan S.T.Yeremyanın “Avesta”dan Ahura-Məzdanın Tanrı panteonu əsasında yazdığı “Erməni mifologiyası” erməni saxtakarlığının son nümunələrindəndir.
M.Xorenatsidə başqa bir maraqlı epizod. Təsadüfü deyildir ki, Artaksinin / Mar Artaşesin oğlu Artavas “Arme çarlığı”nın hərbi-inzibati ərazisinə daxil edilmiş Oğuz Albaniyasının qərb ərazisində – “Şərur çöllərində” (M. Xorenatsi) “Marakert” (“Mar ölkəsi”) şəhərini salır.
Kilsə anonim keşiş M.Xorenatsinin dilindən “Armeniya tarixi”ndə “Qoxtn”/”Qoxten” adlandırdığı Naxçıvan ölkəsində Mar rapsod aşıqlarının “Mar Artaşes”in nəvəsi, Artavasın oğlu Tiqranın şəninə oxunan silsilə nəğmələri xatırladır.
Bütün bu deyilənlər, yaxud məqalənin həcminə görə, deyilməyən gərəkli maddi-mədəniyyət nümunələri sübut edir ki, B.B.Piotrovski başda olmaqla siyasi muzdlu rus tarixçiləri və bəzi Avropa alimləri tərəfindən Ön Asiya, Orta Şərq, Ön Qafqaz torpaqlarında məskun olmuş əhalinin adları, məqsədli olaraq çəkilməsə də, aparılmış bir sıra qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət sübut edir ki, ayrı-ayrı adlar altında yaşamış türk tayfaları tarixin sübh çağından bu coğrafiyanın ən qədim sakinləri olmuşlar.Bu baxımdan, haqqında söhbət gedəcək Aza ölkəsinin bir sıra qədim xarabalıqlarını aşkarlayanda Biaini çarlarının işğalçı ordusuna qarşı vuruşan Mar tayfalarının rus və erməni arxeoloqları tərəfindən tarixi adlarının çəkilməməsinin, onların mücərrəd “yerli əhali” adı ilə nişan verilməsinin səbəbi məlum olur. Çünki Ön Qafqaz coğrafiyasında ən qədim dövr tarixi yaşamış Aza ölkəsinin Mar əhalisi daha sonralar “Oğuz türkləri” adı altında ayrı-ayrı nəm-nişanla nəsl qollarına şaxələnmiş, zaman-zaman aşıq rapsodların qoşduqları nəğmələrdə, əfsanə və rəvayətlərdə dastanlaşmış qohum tayfaların babalarıdırlar. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfinə gəldidə, Biaini daş yazılarında elmi-tarixi dəyəri olan bir məlumat da maraqlıdır. Göyçə gölünə doğru işğaldan danışan yazıların birində çar deyir ki, ” dörd çara gölün sahilində, on doqquz çara göldən kənarda dağlıq ərazidə, cəmi iyirmi üç çara mən tək başına qələbə çaldım.”
Ardı var…
ONN İnformasiya Agentliyi