Pr.Dr Əjdər TAĞIOĞLU, Turan Araşdırma Mərkəzi -nin sədri
Yazının 1-ci hissəsini burdan oxuya bilərsiz; https://onn.az/banner/oguz-turk-tarixi-b%c9%99yl%c9%99rb%c9%99yi-r%c9%99van-xandan-ir%c9%99van-qala-s%c9%99h%c9%99r-yadigari-1-ci-yazi/
Aza ölkəsinin m.ö.VIII əsrdə məğlubiyyətə uğramış iyirmi üç tayfa sayı ilə Strabonun xəbər verdiyi oğuzların iyirmi altı tayfa sayı arasında nəslləri keçib gələn etnokök bağlılığı şübhəsizdir. Bu baxımdan “Kitabi-Dədə Qorqud”da alagözlü pəri ilə sarı çobanın izdivacından adam yeyən övladın – “Təpəgöz”ün törəməsindən, dağın övlad verməsi və almasından, ananın öz südü və dağ çiçəyinin qarışığından hazırladığı məlhəmi arxadan oxlanaraq öldürülmüş cavan oğlunun yara yerinə bağlayıb,onu ölümdən xilas etməsindən, yırtıcı aslanın qayğısı ilə böyümüş insan övladının insanı və mal-heyvanı diri-diri parçalayıb yeməsindən, ölümlü həyatdan xəbərsiz olan Dəli Domrulun əlində çomaq Əzrailə meydan oxumasından danışan boylar bizi Oğuz türklərin soy-kök tarixinin m.ö. ən qədim çağlarına aparır.
Aza ölkəsinin siyasi-inzibati coğrafiyası barədə qədim qaynaqlarda dəqiq məlumat yoxdur. Ancaq ölkənin qərb ərazisinin kiçik bir parçasında-rusların qanlı tarixi cinayətləri nəticəsində təşkil edilmiş indiki Erməni Respublikasının ərazisində aparılmış arxeoloji qazıntılar, M.Xorenatsidə təsvir edilən rəvayətlərdə “Qoxten”-Naxçıvan elində Mar aşıq papsodların nəğmələrində yaşadılan rəvayət tarixi, bu gün Naxçıvan Muxtar Vilayətinin Ordubad rayonunda olan “Aza” adında iki kəndin -“Yuxarı Aza” və “Aşağı Aza” kəndlərinin adı əsrlərdən bəri Aza ölkəsinin tarixi coğrafiyasının cənub hüdudlarını yaşadan canlı şahiddir.
M.ö.VIII əsrdə də Qərblə Şərqi birləşdirən mühüm ticarət karvan yolu Aza ölkəsindən keçirdi. Onun strateji əhəmiyyəti olan coğrafi ərazisi, abadlıqları, zəngin təbiəti, geniş üzüm bağları, meyvə bağları və başqa sərvəti Biaini çarlarının daim diqqət mərkəzində dayanmışdır..
Menuanın oğlu çar I Arqişti (778-750 illər) saysız piyada və suvari ordu hissələri ilə Araz şayını keçib, Aza ölkəsinə soxuldu. Ancaq ilk həmlədə düşmən əhalinin güclü müqaviməti ilə üz-üzə gəldi. Ancaq Aza əhalisi düşməni lərzəyə gətirəcək qorxunc hay-harayla sel axınına bənzər hücumla bütün istiqamətlərdən ölkənin hüdudlarını aşan biainilərin zərbələrinə dözə bilmədi. I Arqişti Azanın şəhərlərini, kəndlərini, qalalarını atəşə verdi, onları yerlə yeksan etdi, hərbi qənimət olaraq, saysız mal-qara sürüsünü, yüzlərlə əsir edilmiş əhalini Arazın o sahilinə keçirdi. Bu barədə Aza ölkəsinin ayrı-ayrı ərazilərində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış Biani daş yazılarında kifayət qədər məlumatlar var.
Erməni arxeoloqu A.A.Martirosyanın əsrlərlə torpaq altında qalmış xarabalıqlardan meydana çıxardığı maddi sübutlar da Azada Mar əhalisinin başına gətirilmiş bu tarixi fəlakəti sübut edir. O, arxeoloji nəticə olaraq yazır ki, A.A. İvanovskinin dediyi kimi, “Belə düşünmək olmaz ki, Aza ölkəsi “Arqiştinin əlinə döyüşsüz keçmişdir.”Əksinə, kəskin müqavimət göstərən əhalinin çox hissəsini Arqiştinin ordusu məhv etmiş, yüksək mədəniyyətlə tikilmiş abadlıqları atəşə vermiş, ölkədə daş üstündə daş qalmamışdır.
I Arqişti (778-750 гг.) işğal etdiyi ölkə əhalisindən qorunmaq və hücumu davam etdirmək üçün “İrpuni” adında ilk mühafizə qalasını inşa etdirir. Bu barədə Biaini daş yazılarında maraqlı məlumatlar var. Arqişti deyir: “Menuinin oğlu Arqişti (778-750-ci illər) Biaini ölkəsinin adını göylərə qaldırmaq üçün İrpuni şəhərinin yerini müəyyənləşdirdim, orada bu qala-iqaətgahı tikirdim”
Biaini çarı İrpuni qala – şəhərini inşa etməkdə öz məqsədini daş yazıda belə tarixləşdrir: “Düşman ölkəni məhv etmək məqsədi ilə əzəmətli qala-iqamətgahı ucaltdım, Biaini ölkəsinin adını göylərə qaldırmaq üçün İrpuni şəhərini tikdirdim.”
Başqa bir misal.
“Menuinin oğlu Arqişti (778-750-ci illər) dedu: Düşmən ölkəni vahiməyə salmaq üçün qüdrətli Biaini ölkəsinin İrpuni şəhərini mən ucaltdım.”
Erməni tarixçiləri ilk mənbədə iki türk əhalisinin – biainilərin və azalıların tarixini “özününküləşdirmək” üçün açıq saxtakarlığa əl atırlar, “Biaini” ölkə adını “Urartu”, qala şəhərin “İrpuni” adını uydurma “Erebuni” namında eybəcərləşdirirlər. Səbəb? Onların uydurmalarına görə, guya “Erebuni” şəhəri 782-ci ildə indiki “Erevan”ın (tarixi adı “İrəvan”dır) yerində inşa edilmişdir.” Əksinə, erməni arxeoloqlarının “Erebuni” adıyla saxtalaşdırdıqları “Arın berd” arxeoloji qazıntı rayonu İrəvan şəhərindən neçə kilometrlər aralı məsafədə yerləşir. Buna baxmayaraq, gəlin şərti qəbul edək ki, tarixdə “Biaini çarlığı” deyil, erməni və ermənipərəst muzdlu siyasət tarixçilərinin dedikləri kimi, “Urartu çarlığı” olmuşdur, onlar da işğal etdikləri Aza ölkəsində “İrpuni” adında yox,”Erebuni” şəhərini tikdirmişlər.
Əvvəla, bir qədər sonra görəcəyik ki, “Urartu” anlamının yunanların “İşkil” (bizim dildə “Səllim itlər”) dedikləri (XVI əsr erməni polşalı yepiskop Simeon Lehatsi ) babilli əfsanə qəhrəmanı Haykı IX əsrdə eponim qəbul edib “Hay” olan, XIX əsrdə bizim “erməni” (bizim Ata sözümüzdə: “Suya düşmüş itlə, yağışa düşmüş erməni arasında fərq yoxdur”) adlandırdığımız millətlə heç bir əlaqəsi yoxdur. İkincisi, başqa sözlə, deyilənlərdən aydın olur ki, nə Biaini çarlığının, nə Arqiştinin işğal etdiyi Aza ölkəsinin, nə də onun bu torpaqda m.ö.VIII əsrdə tikdirdiyi “İrpuni” qala şəhərin qanlı rus süngüsü ilə yazılmış 1828- ci il tarixindən başlayaraq, zaman-zaman başqa ölkələrdən gətirilib, qərbi Azərbaycan torpaqlarında yerləşdirilmiş yarıdilənçi ermənilərlə bağlılığı yoxdur. Biainilər də türk tayfalarıdı, azalılar da. Bu baxımdan biainilərin m.ö. VIII əsr işğal tarixindən m.ö.VI əsr süqut tarixinədək Aza ölkəsinin coğrafiyasında marlarla birlikdə yaradılmış zəngin mədəniyyət ümumtürk tarixinin sinkretik – şərikli mədəniyyətidir.
Bəs, bu biainilər tarixən kimlərdirlər?
Onlar m.ö. XI əsrdə Dağlıq Altaydan “Bia” / “Biy” deyilən çayının sahilindən (bu günkü “Biyski vilayəti” böyük bir elin tarixini yaşadır) Böyük Köçlə Kiçik Asiyaya daxil olmuş, Ata yurtdakı çayın adı ilə “Bia” (son zamanlar bəzi ədəbiyyatda məqsədli olaraq “Van” anlamında qeydə alınmışdı) adlanırdıqları gölün sahilində məskunlaşmışlar. Bu cəsur və döyüşkən el “Biaini” (“bialıların yurdu” anlamını verir) namında m.ö. IX-VI əsrləri əhatə edən 300 ilik bir dövrdə qədim Şərqin qüdrətli çarlığını təşkil etmişdir.
Venesiya mxıtaristlərindən gələn saxta ənənəni ilk dəfə silaha çevirən B.B.Piotrovski ermənilərin torpaq iddiasına ideoloji baza yaratmaq məqsədilə ümumtürk tarixinin böyük bir epoxasını təşkil edən “Biaini çarlığı”nı heç bir elmi-tarixi maddi sübutla təsdiq edilməyən uydurma “Urartu çarlığı” adlandırır. O, əsasını qoyuğu bu siyasi modellə biainilərin hərbi-inzibati ərazisinə müvəqqəti daxil edilmiş Ön Qafqaz türk tarixini saxta “Urartu tarixi” adı altında “erməniləşdirir.”
B.B. Piotrovski görkəmli tarixçi idi. Şübhəsiz, o, ğözəl başa düşürdü ki, elmi tarix “Urartu” adında toponim tanımır. Ancaq onun bədbəxtliyi onda idi ki, o, yəhudi kökündə törətdiyi erməni nəsl səcərəsi (o, Ermitajın ona qədər Baş Direktoru olmuş, milliyyətcə erməni olan Orbelinin həm tələbəsi, həm də qızının əri idi) ona imkan vermədi sağlam alim vicdanı ilə tarixi həqiqəti olduğu kimi söyləsin.
“Urartu” namı “Bibliya”da İrakın şimalında yerləşən, “Qurani-Kərim”də “Cudi dağ” (“Alçaq təpə”) deyilən dağa aiddir. Bu dağa “Bibliy”da “Ararat” da deyilir.
Biaini daş yazılarında heç bir yerdə “Urartu” sözünə rast gəlinmir, hər yerdə ölkə “Biaini” adı ilə tarixləşdirilir.Yuxarıda Arqişti yazılarından gətirdiyimiz nümunələr də bizim fikrimizi təsdiq edir. Buna baxmayaraq, B.B.Piotrovskinin qərbi Azərbaycanda özünün aşkarladığı arxeoloji maddi sübutlar onun əksinə dayansa da, o, Kremlin əlində Azərbaycan türklərinin Ön Qafqaz tarixinə qarşı amansız zəhərli qılınc idi. Necə deyərlər, onun kəsdiyi başa zaval yox idi. Bu səbəbdən də B.B.Piotrovskinin ortaya atdığı tutar-tutmaz hər bir fikir keçmiş Sovetlər Birliyi dövründə bütün xalqların tarixşünaslığında siyasi doqmaya çevrilmiş, aparıcı qirmızı xətti təşkil etmişdi.
Təəssüflər olsun ki, müstəqillik günümüzdə də bəzi Azərbaycan tarixçiləri problemlə əlaqədar danışarkən ümumtürk tarixinin 300 illik epoxası olan “Biaini çarlığı”nın və “İrpuni” qala şəhərin adını çəkməkdən uzaq dayanırlar, düşmənin zəhərli ənənələrinin davamı olan “Urartu çarlığı” və “Erebuni” anlamlarını işlədərək, onların “tarixi mövcudluğunu” təsdiq edirlər və bununla da qədim Ön Qafqazda Azərbaycan türklərinin tarixini təkrar-təkrar görünməz edirlər.
Araşdrmamıza nəticə olaraq deyək ki, B.B.Piotrovski və keçmiş Sovetlər Birliyi dövründə yazılmış tarix kitablarında ilk mənbədə “İrpuni” adı ilə tarixin qan yaddaşına çevrilmiş türk qala şəhərinə ermənipərəstcəsinə istər “Erebuni” desinlər, istərsə də “Erevan” desinlər, fərqi yoxdur, tarix tarixliyində qalır. Belə ki tarixdə ilk dəfə Vahid Azərbaycan dövlətini yaratmış Şah İsmayıl Xətai Ön Qafqazın hüdudlarını qorumaq məqsədilə onun qərbində mühafizə qala şəhəri salmaq qərarına gəlir. Məşhur türk səyyahı Övliya Çələbi bu barədə yazır: “915-ci ildə (1509 – 10 -cu illərdə) İran torpağının şahı İsmayıl Şah öz vəziri Rəvanqulu xana əmr etdi ki, həmin yerdə qala tikdirsin. O, Zəngi çayının sahilində yeddi ilə qala tikdirdi, ona öz adını verdi – “Rəvan.” Bu fakt sübut edir ki, Oğuz Albaniyasının qərb ərazisində babamız Rəvan xanın şərəfli adına ucaldılan, rus işğal tarixini nəsllərimizə nişan verən İrəvan şəhəri Azərbaycan türklərinin danılmaz qədim tarixidir. Bundan başqa, Rəvan xanın aşağıda nümunə gətirəcəyimiz Şah İsmayıla yazdığı məktubda həmin ərazini “Oğuz-türk diyarı” adlandırması da göstərir ki, Ön Qafqaz Oğuz Albaniyasının qədim tarixi siyasi-inzibati coğrafiyası XVI əsrdə də rəsmi dövlət sənədlərində də qeyddə olmuşdur.
Tarixin bu çağında ermənilərin mövsümi iş üçün Oğuz-türk torpaqlarına ailə şəkilində sızdıqlarını, türklərin qapılarında ağır və çirkin günəmuzd işlə çətin yaşayış tərzi keçirdiklərini, qız-gəlin namusunu hərraca qoymaqla ayrı-ayrı kəndlərimizin ətrafında tədricən yerləşdiklərini Rəvan (daha sonralar “İrəvan”) şəhərinin qalabəyi və Çuxur – Səəd bəylərbəyi Rəvanqulu xanın oktyabr 1519-cu ildə Şah İsmayıl Xətaiyə yazdığı məktubun tarixən ermənilərin Ön Qafqazla hansı şəkildə təmasda (əlaqələrdən danışmağa dəyməz) olduqlarını sübut edən rəsmi dövlət sənədi kimi, tarix və tarixilik baxımından müstəsna elmi dəyəri əvəzsizdir.
Rəvan xan Vahid Azərbaycan dövlətinin banisi şöhrətli şah babamız Şah İsmayıl Xətaiyə yazırdı: “Ulu şahim ! Tanrı Heydər Səfiyə qəni-qəni rəhmət eləsin. Sən nökər bəndəni bu Oğuz – türk diyarına bəylərbəyi təyin edərkən, adamlar içrə Çahmərdan Həzrət Əli kimi ədalətsevər olmağı,mömünlərlə imamımız Hüseyn kimi insanpərvər davranmağı dönə-dönə tövsiyə etmisən. Mən qulluq həddimi heç zaman aşmamışam. Lakin son illər müşahidələrimə görə, əhalinin bir qismi,yəni Beynənnəhreyndən (İkiçayarasından – Ə.T.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerləşmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar.İndi Ağkilsə kəndində əyləşən dünya ermənilərinin katolikosu II Qriqori zunnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi müşkülə məruz qoyub. Katolikos erməni dini mərkəzinə vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir,onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə baş ağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər.İndi zikr olunan ərazidə elə bir kəndimiz,obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın.İsmətsizlik əxlaqına qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı cavanlarına sırınmağa can atır, qədim peşəliklə könüllər ovundurur, Oğuzlara ərə getməyə, başqa sölə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nigahların vüsəti məni qorxudur,şahım. Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qısım-qısım qaytarım vətənin dışarına. Sənin qulun Rəvan xan.”
Rusların Qafqazı işğal etdikləri tarixdən meydana çıxan “erməni amili” babamız Rəvan xanın əbəs yerə həyəcan təbili çalmadığını sübut etdi. O,qanımıza erməni qanı qarışdığı ilk nəsil törəməsilə xalqımızın faciə tarixinin başlanğıcı olacağını müdrikcəsinə görürdü.
ONN İnformasiya Agentliyi