hemle

Səsvermə başa çatdı - FOTO

Tarix:29-01-2025, 19:39
Baxış Sayı:445

Azərbaycanda bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə saat 19:00-da başa çatıb.

Seçkilərin yekununda 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək.

Bələdiyyə seçkilərində səsvermə keçirilən seçki məntəqələrinin sayı 5 846-dır. Bunlardan 5 734-ü daimi, 112-si müvəqqəti məntəqələrdir.

Seçkidə səsvermə hüququ olan 5 961 987 seçici iştirak etmə hüququ olub.

Bələdiyyə seçkilərində 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib.

16 092 namizədin 8 424-ü 23 siyasi partiya tərəfindən irəli sürülənlərdir. Namizədlərin 8 504-ü 24 siyasi partiya mənsubları, 7 588-i bitərəflərdir. Namizədlərin təqribən 31%-i qadınlar, təqribən 82%-i ali təhsillidir.

Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26 260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.

Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin təqribən 41%-i 21-35 yaş arasında olanlardır.

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

--------
08:00

Azərbaycanda bütün seçki məntəqələrində saat 08:00-dan etibarən bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.

118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək.

Bələdiyyə seçkilərində səsvermə keçirilən seçki məntəqələrinin sayı 5 846-dır. Bunlardan 5 734-ü daimi, 112-si müvəqqəti məntəqələrdir.

Seçkidə səsvermə hüququ olan 5 961 987 seçici iştirak edə biləcək.

Bələdiyyə seçkilərində 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib.

16 092 namizədin 8 424-ü 23 siyasi partiya tərəfindən irəli sürülənlərdir. Namizədlərin 8 504-ü 24 siyasi partiya mənsubları, 7 588-i bitərəflərdir. Namizədlərin təqribən 31%-i qadınlar, təqribən 82%-i ali təhsillidir.

Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərdən 26 260-ı 24 siyasi partiya tərəfindən təqdim olunan müşahidəçilərdir.

Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin təqribən 41%-i 21-35 yaş arasında olanlardır.

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, səsvermə prosesi saat 19:00-dək davam edəcək.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq