hemle

Səsverməni 80 min müşahidəçi izləyir

Tarix:Dünən, 09:26
Baxış Sayı:441

Səsvermə günü seçki məntəqələrində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib.

O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib:

"Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin, məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır".

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Digər xəbərlər
10:31 Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür
09:59 Moskvadan İrəvana sərt mesaj: Heç kim üçün illüziya yoxdur, bazarınız bağlanacaq
09:54 Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
09:49 İrəvan bu ərazilərini ABŞ-a verdi: İran hərəkətə keçdi, Moskvanın reaksiyası necə olacaq?
09:46 Rusiyadan AZAL-ın vurulan təyyarəsi ilə bağlı üçüncü cəhd - Moskva nə istəyir?
09:41 Xarici qüvvələr sərhədimizdə qaldı - Ermənistanın planı nədir?
22:05 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır
22:02 Alimlər: Beyin iltihabı ilə xroniki yorğunluq bir-biri ilə əlaqəlidir