hemle

İsrail-İran müharibəsi bu tarixdə bitəcək - Rusiya açıqladı

Tarix:Bu gün, 09:35
Baxış Sayı:455

İsrail-İran müharibəsi bu tarixdə bitəcək - Rusiya açıqladıRusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Şərq Mədəniyyət Mərkəzinin rəhbəri və baş elmi işçisi Lana Rəvandi-Fədai İsrail və İran arasında münaqişənin uzunmüddətli ssenarisinin mümkün olmadığını bildirib.

Ekspert bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.

"Ən uzun ssenari bir neçə ay davam edəcək uzunmüddətli müharibədir", - Lana bildirib.

Politoloqun sözlərinə görə, israilli seçicilər uzanan münaqişənin əleyhinədirlər. Onlar sürətli və möhtəşəm qələbəyə ümid bəsləyirlər və İsrail hakimiyyəti əməliyyatı planlaşdırarkən vətəndaşların fikrini nəzərə almalıdır.

“Eyni zamanda, İsrailin zərbələrinin güclənəcəyi və ya hazırkı miqyasda əməliyyat aparılacağı ehtimalı daha çoxdur. Lakin bütün bunlar iki-üç həftə ərzində yekunlaşmalıdır”, - ekspert hesab edir.

Digər xəbərlər
10:52 İsrail Tehranda hərbi akademiyanı vurdu
10:48 İranın İsrailə raket zərbələri nəticəsində 90-dan çox insan xəsarət alıb
10:40 Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər
10:16 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
10:00 Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür
09:55 Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
09:50 Bu gün hava necə olacaq? - PROQNOZ
09:40 BMT-dən nüvə təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ