hemle

Press-reliz

Tarix:Dünən, 11:11
Baxış Sayı:442



Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qalib olmuş Modern İnkişaf və Ailə ictimai birliyinin, “Qərbi Azərbaycana Qayıdışa dəstək” adlı layihənin icrası 15 may 2025- cü il tarixindən başlayaraq 15 avqust 2025-ci il tarixinə qədər davam edəcək. Layihənin ümumi məbləği 18000 (on səkgiz min) AZN, layihə rəhbəri Zərifə Quliyeva, layihə rəhbərinin köməkçisi Qalib Əliyev, mühasibi Sarvan Abbasovdur.
Layihənin ideyası yurduna elinə həsrət qalmış Azərbaycan türklərinin Qərbi Azərbaycanda yenidən yaşamaq hüquqlarının bərpasına dəstək vermək, onların tanıdılmasıdır. Qərbi Azərbaycandan sürgün edilmiş, deportasiyaya məruz qalaraq el obasından qovulmuş Azərbaycan türklərinin Qərbi Azərbaycana qayıdış prosesdinin tezləşdirilməsidir.
1988-89-cu illər ərzində Qərbi Azərbaycanda bir nəfərdə olsun Türk qalmadı. Erməni vəhşiliyi nəticəsində Azərbaycan türkləri min illərlə yaşadıqları dədə baba yrdların vəhşiliklə qovulduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün çaşılırıq.
Layihə Hollandiyanın müxtəlif şəhərlərində həyata keçiriləcək. Məqsədimiz Avropa ictimaiyyətinə Azərbaycanın tarixi həqiqətlərinin çatdırılmasıdır. Ermənistan dövlətinin Qərbi Azərbaycan ərazilərinin yaradılması belə Azərbaycan xalqının iradəsi ilə baş verməyib. Azərbaycan xalqının iradəsinin əksinə olaraq, bütün hüquqları pozularaq sürgün edildilər. Onların vətənlərinə isə ketləvi şəkildə ermənilər müxtəlif ölkələrdən köçürülərək yerləşdirilib. Layihənin icrası ərəfəsində Avropa ictimaiyyətinə çatdırmaq istədiyimiz bu fikirlərin əsasında Qərbi Azərbaycan köçmək haqqımızı qorumağa nail olmalıyıq.
27 may 2025-ci il tarixindən Avropaya səfər başlanılır.

Layihə rəhbəri,
MİAİB-nin sədri Zərifə Quliyeva

Digər xəbərlər
23:21 Təhsil Nazirliyinin qəfil qərarı: Valideynlərin əməyi havaya getdi
23:12 3400 abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
23:11 “WhatsApp” istifadəçilərinin nəzərinə - Çoxdan gözlənilən yenilik gəldi
23:01 Şahbaz Şərif: “Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum”
22:59 ABŞ-da təhsil almaq arzusunda olanlara ÜZÜCÜ XƏBƏR
22:55 Rusiya ilə müharibəyə hazırlaşın: 3-7 il ərzində... - Xəbərdarlıq edildi
22:50 Putin, Tramp və Zelenski bu ölkədə görüşə bilər
22:47 Moskvadan Dərbənddəki Azərbaycan teatrı ilə bağlı AÇIQLAMA