Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin, (MVQSYİB) Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi Kiçik Qrand müsabiqəsində “Azərbaycan qadınlarının mübarizliyi, nümunəvi həyat hekayələri” adlı layihəsi qalib olub. Layihənin icrası 01 iyun 2024-cü il tarixində başlanıldı. Layihənin icrası məqsədi ilə “Cinayət işi 1937” adlı sənədli film çəkiləcək. Film ingilis və azərbaycan dilində olacaq. Layihənin icrası məqsədi ilə görüşlər tədbirlər keçiriləcək. Layihədə 1937-39-cu illər əzində represiyaya məruz qalmiş, Vətən xaini damğası vurulmuş Azərbaycan ziyalılarının sürgün edilmiş həyat yoldaşları haqda məlumatı özündə əsk etdirən “Cinatəy işi 1937” adlı sənədli filmdə faktlar danışacaq.
Filmin çəkilişləri Bakıda, Qazaxıstanda və Türkiyədə aparılacaq. Layihənin maliyyəsi çatışmazlığından filmin hər hansı bir xarici ölkədə təqdimat tədbiri keçirilməsə də belə tədbirlərin gələcəkdə keçirilməsi nəzərdə tutulub.
Layihənin Xocalı şəhəri, Ağcabədi rayonu, Bakı şəhəri və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tədbirləri keçiriləcək.
Layihənin ümumi büdcəsi 10000 AZN, mühasibi Quliyeva Xəyalə, rəhbəri Radə Abbasdır.
Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas