hemle

Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır

Tarix:Dünən, 21:17
Baxış Sayı:440

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf Departamentinin nümayəndə heyətinin iştirakı ilə "Tərlan-2025" birgə PUA təliminin planlaşdırma konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbir iştirakçılarına cari ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulan "Tərlan-2025" birgə PUA təliminin məqsəd və tapşırıqlarını özündə əks etdirən brifinq təqdim olunub.

Qeyd olunub ki, keçiriləcək birgə təlimdə əsas diqqət PUA-lardan istifadə olunmaqla əməliyyatların planlaşdırılması, icra və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və PUA əleyhinə müdafiənin gücləndirilməsinə yönəldiləcək.

Daha sonra Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək birgə təlimə dair bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Digər xəbərlər
21:30 2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
21:25 Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
21:22 Sabah bu ərazilərdə qaz olmayacaq
21:19 Azərbaycanda ən çox tələb olunan 5 peşə
21:17 Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır
21:15 İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi