hemle

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Tarix:Dünən, 21:19
Baxış Sayı:440

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədilə iş elanlarının genişmiqyaslı kəmiyyət təhlilini aparıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, son iki ili əhatə edən 25 min 678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan beş prioritet peşə istiqaməti - satış təmsilçisi, mühasib, kredit mütəxəssisi, işə qəbul üzrə mütəxəssis, satış planlanması müəyyən edilib.

Təhlillər göstərir ki, bu peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır.

Vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir.

Bank sektoru isə 9,2 faizlik payla vakansiya sayına görə ilk onluğa liderlik edir. Bu sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir.

Araşdırma həmçinin göstərir ki, iş elanlarının 76,2 faizində iş təcrübəsi tələb olunur, minimum iş təcrübəsi tələbi isə 1-2 il arasında dəyişir. Vakansiyaların 67,2 faizində ali təhsilin əsasən bakalavr səviyyəsi tələb olunur.

Məvacib göstəricilərinə gəldikdə, qeyd edilən 25 min 678 vakansiyadan yalnız 8,4 minə yaxın vakansiyada əməkhaqqı qeyd edilib. Onlarda təklif olunan məvacib 400 – 7000 manat arasında dəyişir.

Digər xəbərlər
21:30 2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
21:25 Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
21:22 Sabah bu ərazilərdə qaz olmayacaq
21:19 Azərbaycanda ən çox tələb olunan 5 peşə
21:17 Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır
21:15 İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi