hemle

Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır

Tarix:Bu gün, 15:11
Baxış Sayı:501

Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi narahatlığa səbəb olub.

Ən etibarlı və məşhur markaların diş məcunlarının tərkibində ağır və zəhərli metallar aşkarlanıb. Hətta uşaqlar üçün nəzərdə tutulan məhsullar belə təhlükədən kənarda deyil.

ABŞ-da fəaliyyət göstərən "Lead Safe Mama" adlı müstəqil təşkilat 51 fərqli diş pastasını laboratoriya testinə göndərib. Nəticələr isə həm istehlakçıları, həm də mütəxəssisləri təəccübləndirib.

Test edilmiş markalar arasında bunlar var:

"Crest" , "Colgate" , "Sensodyne" , "Orajel" , "Burt's Bees" , "Tom's of Maine" , "Hello" .

Diş pastalarının 90%-ində qurğuşun, 65%-ində arsen, 47%-ində civə, 35%-ində kadmium aşkarlanıb. Bəzi məhsullarda isə bir neçə ağır metal birlikdə tapılıb.

Bu metallar neyrotoksin kimi tanınır və beyin hüceyrələrini zədələyərək idrak funksiyalarına ciddi ziyan vura bilər. Mütəxəssislər bildirir ki, bu maddələrin uzunmüddətli istifadəsi öyrənmə pozğunluqları, autizmə bənzər simptomlar, xərçəng, böyrək xəstəlikləri, ürək-damar problemləri və doğuş qüsurları ilə əlaqələndirilir.

Gündəlik istifadədə olan bu məhsullar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər. Ekspertlər tərkibində təhlükəli maddə olmayan, sertifikatlı və təbii tərkibli məhsulların seçilməsini tövsiyə edir.

Digər xəbərlər
22:05 "ChatGPT"nin yeni modeli istifadəyə verildi - Bunlar mümkün olacaq
22:02 "Telegram"da YENİLİK
21:57 Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi
21:50 Pakistan ELAN ETDİ: Hindistanla mayın 18-dək...
15:21 Azərbaycanda yeni medal təsis olundu
15:16 Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
15:11 Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
15:06 Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!