hemle

Alimlər xroniki yorğunluğun narahatedici səbəbini aşkarladılar

Tarix:Bu gün, 10:19
Baxış Sayı:455

Bir ilə qədər davam edən xroniki yorğunluğun səbəbi "mini insult" ola bilər.

Bunu Aalborg Universiteti Xəstəxanasının danimarkalı alimləri müəyyən ediblər.

Onlar keçici işemik hücum (TİA) və ya "mini insult" kimi tanınan beyin dövranının müvəqqəti pozulmasının 12 aya qədər davam edən uzunmüddətli yorğunluğa səbəb ola biləcəyini aşkarlayıblar.

Bu kəşflə bağlı detallar "Neurology" elmi jurnalında dərc olunub.

Tədqiqata TİA-dan əziyyət çəkən 354 xəstə (orta yaş 70) daxil edilib. Tədqiqat iştirakçıların 61%-nin "hücum"dan sonra ilk iki həftədə yorğunluq hiss etdiyini üzə çıxarıb. 54% iştirakçı isə 3, 6 və hətta 12 ay sonra belə yorğunluqdan şikayət etməyə davam edib.

"TİA simptomları - əzaların zəifliyi, üz asimmetriyası, nitq pozğunluğu - adətən 24 saat ərzində yox olur, lakin bir çox xəstə yorğunluq da daxil olmaqla, davamlı problemlərdən əziyyət çəkir", - deyə tədqiqatın aparıcı müəllifi Dr. Boris Modrau bildirib.

Alimlər yorğunluğun və digər uzunmüddətli nəticələrin dərhal aşkar edilməsi üçün TİA-dan sonra xəstələrin uzunmüddətli monitorinqinin zəruriliyini vurğulayıblar.

Digər xəbərlər
15:21 Azərbaycanda yeni medal təsis olundu
15:16 Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
15:11 Məşhur diş pastalarında zəhərli maddələr aşkarlandı - Azərbaycanda da satılır
15:06 Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!
15:03 Bulvara Çindən faytonlar gətiriləcək
14:57 İstanbulun küçələrinə xüsusi təyinatlılar yeridildi: Nə baş verir?
14:54 İstanbul görüşü başlamamış “parçalandı” – Ukraynanın bu şərti ilə
10:30 Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq