hemle

Alimlər həddindən artıq yuxunun təhlükələrindən danışdılar - Gündə neçə saat yatmaq lazımdır?

Tarix:3-01-2025, 09:59
Baxış Sayı:455

İslandiya alimləri müəyyən ediblər ki, sutka ərzində doqquz saatdan artıq yatan insanlarda insult riski 85% arta bilər.

Bununla bağlı tədqiqatın nəticələri "Neurology" jurnalında dərc olunub.

Tədqiqat "Nordic Health Research" adlı digər böyük bir layihənin məlumatlarına əsaslanıb və orta yaş həddi 62 olan, ciddi xəstəliyi olmayan 32 minə yaxın insanı əhatə edib.

Alimlər altı il ərzində tədqiqat iştirakçılarını izləyiblər və onların yuxu rejimi, xəstəlik tarixçələri barədə məlumat toplayıblar. Məlum olub ki, sutka ərzində doqquz saatdan çox yatanlarda (iştirakçıların 24%-i) və ya gündüz saatlarında 90 dəqiqədən çox istirahət edənlərdə (iştirakçıların 8%-i) insult riski 7-8 saat arasında yatanlarla müqayisədə 85% daha yüksəkdir.

Alimlər qeyd ediblər ki, ümumiyyətlə həddindən artıq yuxu damar xəstəliklərinin inkişaf ehtimalının artması ilə əlaqələndirilir. Gecə istirahətinin tövsiyə olunan normasını aşan iştirakçılarda insult riski 23% artıb. Uzunmüddətli gündüz yuxusunun da təhlükə yaratdığı məlun olub, belə ki, bir saat yarımdan çox istirahət damar xəstəlikləri ehtimalını 25% artırıb.

Digər xəbərlər
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ
21:52 Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi
21:49 "Melissa Group"un vətəndaşın başına uçurduğu EV SÖKÜLÜR
21:47 Azərbaycanla Rusiya arasında MÜZAKİRƏ - Postmünaqişə dövründə...
21:45 Trampdan Maskla bağlı BƏDBİN AÇIQLAMA: "Münasibətlərimiz əla idi, amma..."