hemle

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun !”

Tarix:Dünən, 12:00
Baxış Sayı:447



Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, ümumilikdə bu sahədə qabaqlayıcı tədbirlərin görülməsinə hər zaman ehtiyac vardır.

Bu məqsədlə may ayının 12-dən 19-dək respublika ərazisində “ Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcəkdir.

Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətli olmağa çağırır, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir.

Digər xəbərlər
10:18 Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır
10:15 Pezeşkiandan SƏRT MÖVQE: İran nüvə proqramından tamamilə imtina etməyəcək
10:11 30 dərəcə isti olacaq - Bu günün HAVASI
10:07 Ali məktəblərə keçid balları ARTA BİLƏR - VİDEO
10:03 Tramp ABŞ-də dərmanların ucuzlaşacağını ELAN ETDİ
09:59 Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar
09:55 Müharibə hazırlığı: Ermənistan 700 milyonluq raket alır
21:28 Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib