hemle

Astaralı şəhidimizin doğum günüdür

Tarix:5-05-2025, 08:55
Baxış Sayı:455




Bu gün şəhid Məhəmməd Cavanşir oğlu Babazadənin doğum günüdür.

Məhəmməd Babazadə 1995-ci ildə mayın 5-i Astara rayonunun Marzəsə kəndində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhəmməd Babazadə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 28 sentyabrda Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunun Marzəsə kəndində torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Digər xəbərlər
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
08:11 Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
08:08 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı