hemle

Cənnətdəki doğum günün mübarək Məhəmməd İltizam oğlu Əmənov!

Tarix:18-09-2024, 09:21
Baxış Sayı:562



Bu gün Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ali mükafatla təltif olunan hərbçilərimizdən biri şəhid Əmənov Məhəmməd İltizam oğlunun doğum günüdür.

Məhəmməd İltizam oğlu Əmənov 1996-cı il sentyabrın 18-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.
Aprel döyüşlərinin də iştirakçısı olan gizir Məhəmməd Əmənov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində döyüşüb.

Məhəmməd Əmənov Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ali mükafatla, “Qarabağ” ordeni ilə təltif olunub.

"Mən də Mübariz kimi qəhrəman olacağam" deyən cəsur döyüşçümüz Vətən müharibəsində ilk döyüşə sentyabrın 27-də Goranboy istiqamətində tank komandiri kimi qatılıb. Məhəmməd Əmənov sonuncu dəfə ailə üzvləri ilə 19 oktyabrda danışıb. Növbəti gün, oktyabrın 20-də ağır döyüşə qatılacaqlarını bildirən Məhəmməd anasına şəhid olarsa ağılamamasının tapşırıb.

Qəhrəman döyüşçümüz oktyabrın 20-də Ağdərə istiqamətində gedən ağır döyüşdə şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd Əmənov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ