hemle

Süni intellektin ciddi xətaları aşkar edildi

Tarix:Bu gün, 10:05
Baxış Sayı:501

Müxtəlif suallara cavab axtararkən süni intellektin xidmətindən istifadə geniş hal alıb. Onların verdiyi cavablara ifrat arxayınlıq isə narahatlıq doğurur.

“Columbia Journalism Review” təşkilatı 8 növ süni intellekti araşdırıb. Məlum olub ki, onların hazırladığı cavabların orta hesabla 60 faizdən çoxu səhvdir.

Tədqiqat üçün süni intellektə 200 məqalədən konkret sitatları seçmək, müəllifi, dərc olunma tarixini və linki tapmaq tapşırığı verilib. İşi asanlaşdırmaq üçün “Google” axtarış sistemində ilk sırada yer alan elmi məqalələr seçilib. Süni intellekt proqramları və çatbotların heç biri verilən tapşırığı tam icra edə bilməyib. Ən ciddi xəta isə sitatların tapılmasında olub.

Tədqiqatçılar qeyd edirlər ki, süni intellekt çox vaxt konkret cavabı tapmaq yerinə, cavab “icad edir” və ya informasiyanın “hallüsinasiyası ilə məşğul olur”. Ekspertlər bunu təsadüfi xəta deyil, sistemli davranış kimi qiymətləndirirlər.

Qeyd olunur ki, süni intellektin yarada biləcəyi dezinformasiya narahatlıq doğurur. Onların xidmətindən istifadə edənlər təqdim edilmiş məlumatları təkrarən, təbii intellekt süzgəcindən keçirməlidirlər. Ənənəvi axtarış sistemlərinin müəyyən qüsurları olsa da, onlar məlumatların sintezini insanın öhdəsinə buraxır. Burada ən dəyərli olan son qərarı istifadəçinin verməsidir.

Digər xəbərlər
10:24 İlham Əliyev Kirill ilə görüşdü
10:21 Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadıldı
10:17 Freddi Merkyuri və COVID-i proqnozlaşdıran ekstrasensdən QORXUNC XƏBƏRDARLIQ
10:12 Sağlam yaşlanmağa gedən yol dörd növ məşqdən keçir
10:09 NATO belə addım atsa, yeni dünya müharibəsi başlayacaq - XƏBƏRDARLIQ
10:07 Bakının bu yollarında hərəkət TAM MƏHDUDLAŞDIRILDI
10:05 Süni intellektin ciddi xətaları aşkar edildi
10:02 Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi