hemle

“HƏFTƏSONU QAPANMALAR DAHA UZUN MÜDDƏTLİ OLA BİLƏR” — RƏSMİ

Tarix:7-06-2020, 23:41
Baxış Sayı:405

“Epidemiya arzuolunmaz istiqamətdə inkişaf edərsə, o zaman qısa müddətli qapanmaların bayramlarla birləşdirmək şəklində tətbiqi, həmçinin uzunmüddətli qapanmalar da müzakirə oluna bilər”.

ONN media xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı səsləndirib.

O bildirib ki, dünya bazarında neftin qiymətinin hər kəs şahididir. Eləcə də, ölkəmizin bütün iqtisadi əlaqələrinə vurduğu zərbə məlumdur. Ancaq vətəndaşın sağlamlığı daha önəmlidir. Ölkə rəhbərliyi də əhalinin sağlamlığının təhlükəsizliyi naminə digər bütün məsələləri ikinci plana keçirib. Ölkəmiz çox az sayda dövlətlərdəndir ki, bütün resurslarını özü səfərbər edərək, vətəndaşlarını tam şəkildə pandemiya ilə mübarizədə hər hansı bir maddi zərərə uğratmadan tibbi və digər zəruri məsələlərlə, qayğı ilə əhatə edib. Bu diqqət və qayğı bizi vadar edəcək ki, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə daha ciddi qərarları qəbul edək”. /“MediaPost”/


ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir