hemle

Deputat: "Dövlətimizin daha çox tərəqqisi üçün qüvvələrimizi səfərbər etməliyik"

Tarix:19-04-2020, 18:05
Baxış Sayı:370

Bu il Azərbaycan üçün çox məhsuldar başladı. Bütün sahələrdə dinamik inkişaf prosesi davam etməkdədir. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, siyasi iradəsi, onun rəhbərliyi ilə aparılan sistemli islahatlar hər bir vətəndaşın rifahının daha da yüksəldilməsinə yönəlib.
Bu fikri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirdiyi müşavirə ilə bağlı fikirlərini bölüşəndə deyib.
H.Hüseynova vurğulayıb ki, ölkənin daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə mühüm və müsbət təsirini göstərir. Əgər biz 2019-cu ili sosial islahatlar ili kimi dəyərləndirdiksə, 2020-ci ili isə bu islahatların ən yüksək mərhələsi adlandıra bilərik. Çünki əldə olunan nailiyyətlər təkcə sosial, iqtisadi sahəni deyil, digər sahələri, o cümlədən, məhkəmə-hüquq sistemini, idarəetmə mexanizmini əhatə edir. Eyni zamanda, korrupsiyaya qarşı uğurlu mübarizə, idarəetmədə gəncləşmə siyasəti, qanunverici hakimiyyətdə köklü müsbət dəyişikliklər də bu siyasətin tərkib hissəsidir. Siyasi sistemin yeni konfiqurasiyasının yaradılması, iqtidar-müxalifət dialoqunun uğurla aparılması ölkə başçısının müdrik siyasətinin bariz nümunəsidir. Respublikanın inkişafı üçün hər bir fikrin, hər bir ideyanın müsbət olacağını vurğulayan Prezident İlham Əliyev, həmçinin bir daha qeyd edib ki, bu dialoq konstruktiv olmalıdır. Bütün siyasi qüvvələr müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqları üçün fəaliyyət göstərməli, bu amala xidmət etməlidirlər.
Deputat qeyd edib ki, “Ölkə rəhbəri hər zaman vətəndaşın yanındadır, bütün hallarda onun hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi üçün lazımı addımlar atır. Bu çətin pandemiya dövründə də Azərbaycan dövləti, onun başçısı İlham Əliyev vətəndaşların sağlamlığının qayğısına qalmaqla yanaşı, iqtisadi və maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin koronavirusun mənfi təsirindən maksimum dərəcədə qorunması məqsədilə bütün imkanlardan istifadə edir və postkoronavirus dönəmində də bu siyasət davam etdiriləcək.
“Bu gün hər birimiz dövlətimizin inkişafı, daha da güclənməsi üçün həmrəy olmalıyıq. Əgər istəyiriksə ki, Azərbaycan dünya dövlətləri sırasında həmişə olduğu kimi öz layiqli nüfuzunu qoruyub saxlasın, o zaman vəzifəmizdən, sosial statusumuzdan, siyasi mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməli, öz fəaliyyətimizlə dövlətimizin tərəqqisi üçün qüvvələrimizi səfərbər etməliyik”, - deyə H.Hüseynova bildirib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı