hemle

Müharibə başlayır, bu Avropa ölkəsi qorxu içindədir: Əhali “qara gün çamadan”ını hazırlayır

Tarix:Bu gün, 09:58
Baxış Sayı:501

Almaniyada əhali arasında qorxu dalğası qeydə alınır. Almaniya sakinləri Avropada genişmiqyaslı hərbi münaqişənin qorxusu fonunda kütləvi şəkildə zəruri mallar alır və tətil planlaşdırılar.

Bu barədə “Focus” nəşri yazır. Qəzet alman Maya Bauerdən sitat gətirib: "Mən bu il tətilimi bron edirəm, çünki gələn il bombaların düşüb-düşməyəcəyini bilmirəm".

Məqalədə qeyd edilir ki, Avropada genişmiqyaslı müharibənin mücərrəd təhlükəsi əhalinin istehlak vərdişlərinə güclü təsir göstərib. Başqa bir alman sakini deyib ki, o, artıq fəlakət zamanı üçün bəzi şeyləri hazırlamağa nail olub.

O, "qara gün çamadanı”na yataq çantası, konservləşdirilmiş yeməklər, batareya ilə işləyən tranzistorlu radio, əlavə batareyalar, dərmanlar və qaz sobası da daxil olmaqla düşərgə ləvazimatları yığdığını bildirib.

Daha əvvəl alman tarixçisi Sönke Neitzel bildirib ki, 2025-ci il Almaniya xalqı üçün son dinc yay ola bilər. Ekspertin fikrincə, Ukrayna münaqişəsi Avropanın digər bölgələrinə də yayıla bilər.

Digər xəbərlər
17:23 Əhaliyə xəbərdarlıq: Sabahdan...
10:22 6 saatdan az yatmağın təhlükəli nəticələri açıqlanıb
10:16 Kərə yağı bahalaşdı - AÇIQLAMA
10:14 Microsoft: "İnsanlar süni intellekt səbəbi ilə sürətlə axmaqlaşırlar"
10:08 Ombudsman: 392 nəfər Ermənistanın mina terrorunun qurbanı olub
10:05 Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
09:58 Müharibə başlayır, bu Avropa ölkəsi qorxu içindədir: Əhali “qara gün çamadan”ını hazırlayır
09:45 Bu gün hava necə olacaq?