hemle

Alman komandan Putini təriflədiyi üçün istefa verməli olub

Tarix:24-01-2022, 10:24
Baxış Sayı:238

Almaniyada Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Achim Şönbax Rusiya prezidenti Vladimir Putini tərifləyən sözlərindən sonra tutduğu vəzifədən istefa verib.

O, bu barədə tədbirlərin birində çıxışı zamanı deyib. Almaniyalı komandan Putindən söhbət açaraq, "Ona layiq olduğu hörməti vermək asandır", ifadəsini işlədib.

Daha sonra, Rusiya qoşunlarının Ukraynaya hücum edə biləcəyi qorxusunu “absurd” adlandıran Şönbax, “Krım yarımadası getdi, geri qayıtmayacaq, bu bir həqiqətdir”, - deyib.

Vitse-admiralın Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarından sonra Ukrayna Xarici İşlər Nazirliyi Almaniyanın Ukraynadakı səfiri Anka Feldhuseni Xarici İşlər Nazirliyinə çağırıb və Şönbaxın açıqlamalarının qəbuledilməz olduğunu bildirib.

Almaniya Federal Müdafiə Nazirliyi bəyanatında Şönbaxın açıqlamalarının "məzmun və ya diskurs baxımından heç bir şəkildə nazirliyin heç bir mövqeyinə uyğun olmadığını" bildirib.

Hərbi Dəniz Qüvvələrinin mətbuat və informasiya mərkəzi vasitəsilə açıqlama verən Şönbax, “Federal Müdafiə Nazirindən məni dərhal vitse-admiral kimi vəzifə və vəzifələrimdən azad etməyi xahiş etdim. Mən bu addımı Almaniya Hərbi Dəniz Qüvvələrinə və ilk növbədə Almaniya Federativ Respublikasına gələcək zərərin qarşısını almaq üçün zəruri hesab edirəm. Federal nazir xahişimi qəbul etdi”, - deyə açıqlama verib.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat