hemle

Rusiyada Azərbaycan diasporunun rəhbəri COVID-19-dan öldü

Tarix:7-06-2020, 23:26
Baxış Sayı:484

Rusiya Azərbaycanlıları İttifaqının Tula vilayəti üzrə nümayəndəsi Məhsud Məmmədov yeni növ koronavirusdan dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna təşkilatın vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

“Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itkidir. O, fəal diaspor sədri olmaqla yanaşı, həm də vətənpərvər, vətənini, millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Təşkilatın Koordinasiya Şurası adından Məhsud Məmmədovun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik”, – deyə Elnur Hüseynov bildirib.

E.Hüseynov əlavə edib ki, məhz M.Məmmədovun sayəsində Azərbaycan diasporu regionun aparıcı içtimai təşkilatlarından birinə çevrilib.

“Məhsud Məmmədov Azərbaycanın bütün tarixi günlərini Tula vilayətində qeyd etməklə yanaşı, regionun sosial həyatında da yaxından iştirak edirdi”.

Qeyd edək ki, Məhsud Məmmədov 1970-ci ildə anadan olub. Diaspor sədri iki həftə bundan əvvəl COVID-19-a yoluxub.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı