hemle

Başsağlığı. Allah Rəhmət eyləsin

Tarix:5-05-2020, 14:20
Baxış Sayı:548

Çernobıl Əlillər İttifaqının fəal üzvü Xələf Həsrətov bu gün dünyasını dəyişib
Bu barədə Qaziler.az-a Çernobıl Əlillər İttifaqından məlumat verilib.

Çernobıl əlili Həsrətov Xələf Hacıqulu oğlu 1959-cu ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. 1987-ci ildə Çernobıl qəzasının ləğvi prosesində iştirak edib. 1990-cı ildən - Çernobıl Əlillər İttifaqının yarandığı ildən cəmiyyətin ayrı-ayrı təşkilatlarında, rayon filiallarında çalışıb. 1999-cu ildə ittifaqın Səbael rayon təşkilatının sədri, 2000-ci ildən vəfat edənə qədər cəmiyyətin birləşdirilən Səbael və Nəsimi rayon təşkilatına rəhbərlik edib.

Xatırladaq ki, mərhum Xələf Həsrətov tanınmış jurnalist, media eksperti Azər Həsrətin qardaşıdır.

Çernobıl Əlillər İttifaqı, "Qarabağ Əlilləri, Şəhid Ailələri" Cəmiyyəti, "Qarabağ Qaziləri" İctimai Birliyi Xələf Həsrətovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Digər xəbərlər
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?