hemle

Almaniyanın ən məşhur gölü quruyur

Tarix:Dünən, 10:11
Baxış Sayı:445

Almaniyanın cənubunda, İsveçrə və Avstriya ilə sərhəddə yerləşən Boden gölü qurumaq təhlükəsi ilə üzləşib.

Göldə suyun səviyyəsi xeyli aşağı düşüb və su sahildən geri çəkilib. Gölün cənub hissəsində suyun səviyyəsi son 40 ilin ən aşağı göstəricisinə çatıb.

Gölün sahilindəki Konstanz şəhərində suyun səviyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 70 santimetr daha aşağıdır. Hazırda suyun dərinliyi 2,73 metrdir. Bu, hazırkı dövr üçün çox aşağı göstəricidir. Konstanzdan təxminən 12 kilometr qərbdə yerləşən Mannenbax limanı tamamilə quruyub.

Ekoloqlar Boden gölünün son illərdə heç vaxt indiki qədər qurumadığını bildirirlər. Onlar gölün son aylarda yağıntıların çox az olması, Alp dağlarında qar örtüyünün zəifliyi və bunun nəticəsində qarın əriməsinin aşağı səviyyədə olması səbəbindən quruduğunu iddia edirlər.

Qeyd edək ki, Avropada daxili su hövzələrində təşkil olunan ən böyük yarışlardan olan “Regatta der Eisernen” 1975-ci ildən etibarən hər il Boden gölündə keçirilir.

Digər xəbərlər
10:22 6 saatdan az yatmağın təhlükəli nəticələri açıqlanıb
10:16 Kərə yağı bahalaşdı - AÇIQLAMA
10:14 Microsoft: "İnsanlar süni intellekt səbəbi ilə sürətlə axmaqlaşırlar"
10:08 Ombudsman: 392 nəfər Ermənistanın mina terrorunun qurbanı olub
10:05 Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək
09:58 Müharibə başlayır, bu Avropa ölkəsi qorxu içindədir: Əhali “qara gün çamadan”ını hazırlayır
09:45 Bu gün hava necə olacaq?
09:36 Bakının iki rayonunda qaz olmayacaq