hemle

Ürək xəstəliyi olanlara şad xəbər: Bu cihazın köməyi ilə...

Tarix:3-04-2025, 21:39
Baxış Sayı:447



ABŞ alimləri düyü dənəsindən də kiçik olan və bədənə yeridilə bilən dünyanın ən kiçik kardiostimulyatorunu hazırlayıblar.

Müvəqqəti ürək tənzimləyicisi kimi hazırlanmış bu yeni cihaz işıqla idarə oluna bilir və müəyyən müddətdən sonra bədəndə əriyir.

Dünyada milyonlarla insan ürək ritmini tənzimləmək üçün elektrik impulsları göndərən daimi kardiostimulyatorlara ehtiyac duyur. Yeni hazırlanan cihazın xüsusilə anadangəlmə ürək xəstəliyi ilə doğulan körpələr və əməliyyatdan sonra müvəqqəti kardiostimulyatora ehtiyacı olanlar üçün əhəmiyyətli həll olacağı gözlənilir.

Cihazın yetkin xəstələrdə ürək əməliyyatından sonra normal ritmlərinə qayıtmalarına kömək etmək üçün istifadə oluna biləcəyi də bildirilir. Müvəqqəti kardiostimulyatorlar ürək əzələsinə tikilmiş elektrodlarla və xəstənin döş qəfəsinə qoşulan naqillərlə işləyir.

Araşdırmanın baş müəllifi ABŞ-ın “Northwestern” Universitetindən Con Roqers bildirib ki, kardiostimulyator 2-3 il ərzində insanlarda sınaqdan keçirilə bilər.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT