hemle

Tibb tarixində dönüş nöqtəsi: Süni ürək həll yolu ola bilər?

Tarix:Dünən, 21:07
Baxış Sayı:445

Tibb tarixində dönüş nöqtəsi sayıla biləcək süni ürək kəşfi Avstraliyada 5 xəstə üzərində sınaqdan keçirilib.

Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığından əziyyət çəkir, lakin yalnız 6000 insan uyğun donor tapır.

Avstraliya hökuməti süni ürək texnologiyasının inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramına start verib.

Professor Daniel Timms tərəfindən hazırlanmış “BiVACOR” adlı süni ürək dünyanın ilk implantasiya edilə bilən donor qan pompası özəlliyinə sahibdir. Maqnit levitasiya texnologiyası ilə işləyən cihaz sağlam insan ürəyinin təbii qan axınını təqlid edir.

İndiyədək 5 xəstə üzərində sınaqdan keçirilən süni ürək xəstələri maksimum 27 gün yaşada bilib. Bununla yanaşı, altı saatlıq əməliyyatda süni ürək nəqli edilən avstraliyalı xəstə 100 gün ərzində tam süni ürəklə sağ qala bilib.

Xəstə fevral ayında xəstəxanadan buraxılıb və uyğun donor tapıldıqdan sonra mart ayında uğurlu transplantasiya əməliyyatı keçirilib.

Bu kəşfin gələcəkdə orqan donorluğundan asılılığı azaltmaqla milyonlarla insanın həyatını xilas edə biləcəyi gözlənilir.

Digər xəbərlər
21:09 Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları
21:07 Tibb tarixində dönüş nöqtəsi: Süni ürək həll yolu ola bilər?
21:05 Əfv Komissiyasının iclası keçirildi
21:03 Sabah Bakının üç rayonunda qaz olmayacaq
21:01 "Google" "Gemma 3" süni intellekt modelini təqdim etdi
16:35 Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR
16:34 Azərbaycanda bu şəxslərə də müavinət veriləcək
16:31 Bakıda bu evlər bahalaşdı