hemle

Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ

Tarix:2-01-2025, 21:36
Baxış Sayı:441



 
Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

ATU-nun mətbuat katibi Günel Aslanova bildirib ki, aktyorun ürək fəaliyyəti yenidən bərpa olunub və hazırda onun vəziyyəti ağır kritik olaraq qalır:

“Xəstə koma vəziyyətində xəstəxanaya daxil olub. Lakin daha sonra müdaxilələrə baxmayaraq xəstənin ürəyi dayanıb. Bununla bağlı məlumat yaydıqdan dəqiqələr sonra bəlli oldu ki, həkimlərin səyləri nəticəsində xəstənin ürək döyüntüləri bərpa edilib. Hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Reanimasiyadadır, vəziyyəti ağır kritik olaraq qalır”.

xxx

16:55

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.

Bu barədə klinikadan məlumat verilib.

xxx

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda reanimasiyadadır.

Bu barədə onun müalicə aldığı xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir.

xxx

Aktyor Azər Baxşəliyev vəfat edib.

Aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

A.Baxşəliyev daha çox "Ağsaqqal" obrazı ilə sevilib.

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi