hemle

Koronavirus olan məşhur həkim də ECMO-ya qoşuldu - Cavid Paşayevdən son xəbər

Tarix:9-07-2020, 13:17
Baxış Sayı:470

ATESH,AZ yayımladı.
"ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, ECMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib".

Bu barədə məlumat "BakuPost"a Tibb Universitetindən verilib. ATU-nun mətbuat katibi Günel Aslanova bildirib ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib. C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Və indi Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb.
C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır.

Xatırladaq ki, indiyə kimi ATU-nun Tədris Cərrahiyyə klinikasının heyəti arasında 33 nəfər virusa yoluxub ki, onlardan biri də Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.

ALLAH ŞƏFA VERSİN!

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq