hemle

Səhər yeməyinin ideal vaxtı açıqlandı: Ürək sağlamlığı üçün vacibdir

Tarix:22-03-2025, 08:10
Baxış Sayı:556

Yaxşı qidalanmaq və kökəlməmək üçün 08:30-dan əvvəl səhər yeməyi yemək lazımdır.

Bunu diyetoloq Samanta Kasetti deyib.

Mütəxəssis vurğulayıb ki, hər yemək vacibdir, lakin səhər yeməyi xüsusi dəyərlidir: “Səhər bədənimiz təbii olaraq qidanı udmaq və həzm etmək üçün tənzimlənir. Bu, yuxudan tutmuş əhval-ruhiyyəyə, maddələr mübadiləsinə qədər hər şeyə təsir edən sirkadiyalı ritm sayəsində baş verir”.

Dietoloqun fikrincə, metabolik nöqteyi-nəzərdən, 08:30-dan əvvəl səhər yeməyi idealdır, çünki bu zaman orqanizm insulinə ən həssasdır. "Bu o deməkdir ki, o, karbohidratları daha effektiv emal edə, qan şəkərinin səviyyəsini daha yaxşı tənzimləyə və gün ərzində daha enerjili ola bilər", - ekspert bildirib.

Bundan əlavə, Kassetti səhər yeməyinin ürək sağlamlığına dolayı təsir etdiyini əlavə edib. O, səhər yeməyini gec yemək vərdişi ilə ürək-damar xəstəliklərinin inkişafı arasında əlaqəni aşkar edən araşdırma haqqında danışıb. Alimlərin fikrincə, optimal sağlamlıq üçün səhər yeməyini səhər doqquzdan, axşam yeməyini isə axşam doqquzdan gec olmayaraq yemək lazımdır.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu